Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir - Məktəb direktoru yazır
20-03-2021, 12:25
445

Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir - Məktəb direktoru yazır

Şəhid ailələrinə və qazilərə hərtərəfli  diqqət və qayğı göstərilir. Bu günədək minlərlə şəhid ailəsi mənzillə təmin olunub.

Şəhid və qazi övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, güzəştli ipoteka kreditləri, torpaq sahələri, müavinət, pensiya verilir. Eyni zamanda şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi daim yad edilir. Görülən işlər böyük sürətlə və yüksək məsuliyyətlə icra olunur. Qazilərimizə tibbi yardım, əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcəkdir. Minlərlə qazimiz öz sağlamlığını bərpa edəcəkdir. Şəhid ailələrinə bu il 3 minə yaxın mənzil verilməsi nəzərdə tutulmuşdur. Həm I Qarabağ, həm də II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər çoxsaylı mənzillər veriləcəkdir. Vətən uğrunda gedən döyüşlərdə sağlamlıqlarını itirmiş müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilibdir.            
Bizim müharibəmiz ədalətli və azadlıq müharibəsi idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq - ədalət bizim tərəfimizdə olduğuna görə hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı gənc nəsil üçün örnək olacaqdır. Vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı işğalçılardan azad ediblər. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri dəmir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad edib.
Biz - vətəndaşların müqəddəs borcu Vətən müharibəsində şəhid və qazi olanları unutmamaqdır.  Daima onlara qayğı göstərmək və yad etmək bizim müqəddəs borcumuzdur. Müəllimlərin üzərinə bu sahədə xüsusilə böyük yük düşür. Müəllimlər vətənə layiqli vətəndaş olmuş şəhidlərimizi və qazilərimizi yetişən nəslə tanıtmalı, onların qəhrəmanlıq yollarını bir örnək kimi təbliğ etməlidirlər. II Qarabağ savaşı ölkəmizin bütün vətəndaşlarının xaricdə yaşayan soydaşlarımızın həmrəyliyini nümayiş etdirdi. Xalqımız öz liderinin böyük siyasətçi və qüdrətli rəhbəri İlham Əliyev cənablarının ətrafında daha da sıx birləşdi və böyük, tarixi qələbə əldə edildi.

Şamaxı rayonu Ak.H.Hüseynov adına Çarhan kənd tam orta məktəbin direktoru
Afaq Orucova.
5 0

Oxşar xəbərlər