Heydər Əliyev və Azərbaycan təhsili  - Lalə Məmmədova
11-05-2021, 09:40
1 049

Heydər Əliyev və Azərbaycan təhsili - Lalə Məmmədova

Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi və peşə ixtisası və elecə də diplomdan sonrakı təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi – pedoqoji kadr korpusu vardır. Bütün bunlar öz mənbəyini məhz elə keçən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış , həyata keçirilən qlobal miqyaslı təhsil quruculuğu işi gələcək perspektiv inkişafın güclü təməlini qoymuşdur. 

1969- 1982 – ci illərdə Azərbaycan təhsil sistemi və onun inkişaf xronologiyasını özündə əks etdirən bir sıra statistik göstəricilərə nəzər salaq. Həmin dövrdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600- dan 1875- ə qədər, orada tərbiyə alanların sayı isə müvafiq olaraq 110 mindən 147 minə çatmışdır.

 1970- ci illərdə məktəb müəllimlərinin həvəsləndirilməsi sahəsində Heydər Əliyevin məqsədyönlü fəaliyyəti keçmiş SSRİ –nin orden və medallarına layiq görülmüş maarif işçilərinin sayının 8718 nəfərə , o cümlədən də 3 nəfər müəllimin həmin dövrün ən yüksək adı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi ilə nəticələnmiş , 817 müəllim “ Azərbaycan SSRİ-nin Əməkdar  Müəllimi ” adı almış , müəllimlərimiz SSRİ və Respublika Ali Sovetlərinə deputata seçilmişlər. Bütün bunlar Heydər Əliyevin müəllim əməyinə , müəllim şəxsiyyətinə olan sonsuz ehtiramının, təhsil işinə əsl rəhbər qayğısının, tamamilə haqlı olaraq, məntiqi nəticə kimi qiymətləndirilir. 

1970- 1980- ci illərdə orta ixtisas təhsili şəbəkəsinin də inkişaf etdirilməsi möhtərəm Heydər Əliyevin diqqət mərkəzində saxlanılmış, Azərbaycanda məhz elə həmin dövrdə 7 müxtəlif profilli yeni texnika açılmış, bu tipdən olan təhsil müəssisələrinin maddi texniki bazası xeyli gücləndirilmişdir. 

Həmin illərdə Azərbaycanın ali məktəbləri də böyük inkişaf yoluna qədəm qoymuş, 6 ali məktəb keçmiş Sovet İttifaqının yüksək ordenlərinə layiq görülmüş, 1980- ci ildən Heydər Əliyevin şəxsi təşəbbüsü ilə “ Azərbaycan SSR əməkdar ali məktəb işçisi “ adı təsis olunmuş, bütün bu tədbirlər tezliklə ali məktəb həyatında mənəvi – psixoloji iqlimi kökündən dəyişdirmiş, ali təhsildə keyfiyyət dəyişikliklərinə gətirib çıxarmışdır. 

70- ci illərdə və 80- ci illərin əvvəlində ali təhsil müəssiələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Ölkə rəhbərimizin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikilmişdir. 

Heydər Əliyevin 1970- 1980 – ci illərdə Azərbaycanda ali təhsilin inkişafı yolundakı böyük xidmətlərdən biri də yeni ali təhsil ocaqlarının yaradılması idi. Ümumiyyətlə, 1970- 1982- ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradılmış, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açılmışdır. 

Ulu Öndərimiz Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri də 1970- 1980 – ci illərində şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda keçmiş SSRİ – nin 50-dən artıq böyük şəhərinin 170- dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı , elm , təhsil və mədəniyyətin 80- dən artıq sahəsini əhatə edən və ən kiçik ehtiyac duyulan 250- dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratmışdır. 

Bu proses sonrakı illərdə də ( 1978- 1982 ) intensiv xarakter almışdır. Ümummilli liderimizin apardığı uzaqgörən siyasət nəticəsində 1976- cı ildə göndərilənlər içərində azərbaycanlıların real çəkisi 85 faizə, 1977 – ci ildə 92 faizə, 1980 – ci illərin əvvələrində isə 97, 6 faizə yüksəlmişdir. 

Heydər Əliyevin 70- 80 – ci illərində Respublikadan kənarda keçmiş SSRİ – nin aparıcı ali məktəblərində milli kadr hazırlığı sahəsində apardığı siyasətin mühüm istiqamətlərindən biri də hərbi milli kadrların yetişdirilməsi yolundakı tarixi xidmətlərdir. 

70- 80- ci illərin ən əhəmiyyətli hadislərdən biri kimi indi müstəqillik dövründə çox vacib olan Respublikamızda ilk orta və ali hərbi təhsil sisteminin yaradılması ilə yanaşı, o illərdə keçmiş SSRİ –nin ali hərbi məktəblərində Azərbaycanlı gənclərin sistemli şəkildə göndərilməsi faktı xüsusi ilə diqqətə layiqdir. Bundan əlavə, 1970- ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Cümşüd Naxçıvaniski adına hərbi məktəb yaradıldı və bu da Azərbaycanda hərbi məktəblər şəbəkəsinin sonrakı inkişafında mühüm rol oynadı . İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün müstəqil Azərbaycanın Milli Ordusuna rəhbərlik edən zabitlərin əksəriyyəti məhz Heydər Əliyevin xeyir – duası ilə o illərdə təhsil almağa göndərilən məzunlardır. 

Heydər Əliyevin respublikada siyasi hakimiyyətə qayıdışından sonra ölkənin təhsil sistemində yaranmış güclü inkişaf tendensiyaları , yenilik və novatorçuluq, islahatlar istiqamətində məqsədyönlü fəaliyyət təkcə bununla bitmir. Təhsil sektoru üçün büdcə şəraitinin ardıcıl olaraq ilbəil artması , müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, bununla əlaqədar xüsusi fərmanların imzalanması, Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün 2,4 milyard manat vəsaitin ayrılması, tədris müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi, 6 ali məktəbimizə muxtariyyat hüququ, bir çox İnstitutlara isə “ universitet “ statusunun verilməsi, təhsil tariximizdə ilk dəfə olaraq Azərbaycan Müəllimlər İnstitutu və onun 11 regional filialının yaradılması ilə pedaqoji kadr hazırlığında fasiləsizlik prinsipinin həyata keçirilməsi reallaşdı.  

Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə əhalisinin təxminən 20 faizini təşkil edən ümumitəhsil məktəb şagirdlərinin dərsliklərlə dövlət təminatına keçirilməsi haqqında xüsusi qərar 1994- cü ildə məhz ölkə başçımızın şəxsi təşəbbüsü ilə qəbul edilmişdir. 

Yeri gəlmişkən bir məqama da diqqət yetirilməlidir. Heydər Əliyevin xüsusi sərəncamı ilə təsdiq olunmuş “ Yoxsulluğun azaldılması və iqtisadi inkişaf sahəsində Dövlət Proqramı “ nda ümumitəhsil məktəblərinin V- XI sinif dərsliklərinin də mərhələlərlə - tədricən pulsuz təminatına keçidi nəzərdə tutulmuş , artıq bu işin real icrasına başlanmışdır. Başqa sözlə, məhz elə Ulu Öndərimizin bu tarixi qərarı gələcəkdə çoxmilyonlu məktəbli ordusunun dərsliklərlə pulsuz təminatı üçün real şərait yaratmışdır. 

Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri də yeni əlifbaya keçirilməsi- latın qrafikalı əlifbanın tətbiqinin əsl reallığa çevrilməsidir. Böyük fəxrlə qeyd edilməlidir ki, Ulu öndərimiz “ Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır “ tarixi çağırışı və bununla əlqədar xüsusi fərmanı təhsil sistemində bu məsələnin tamlıqla həlli ilə nəticələnmişdir. 

Ulu Öndərimiz Heydər Əliyev təhsil işçiləri və gənclərlə çoxsayılı görüşlərində doğma ana dilinin, Azərbaycan ədəbiyyatının, tarix və coğrafiyanın dərindən öyrənilməsinin vacibliyini dəfələrlə qeyd etmiş, bütün bunlarla əlaqədar qarşıya çox ciddi vəzifələr qoymuşdur. Ulu Öndərimizin  “ Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında “ fərmanı isə ana dilinin təbliği , öyrənilməsi, tətbiqi sahəsində misilsiz əhəmiyyətə malik tarixi bir sənəd kimi gənclərimizin vətənpərvərlik tərbiyəsində , milli şüurun formalaşmasında, heç şübhəsiz ki, müstəsna rol oynamış, bir sözlə, Azərbaycan təhsilində millilik, azərbaycançılıq ruhunun ön plana çəkilməsi Heydər Əliyev siyasətinin strateji kursunu təşkil etmişdir. 

Bütün bunlar bir daha əmin olmağa və gələcəyə tam nikbinliklə baxmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünü zəngin mütərəqqi ənənələrinə , milli – mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm cənab prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kursla inkişaf edəcək , təhsil islahatlarının memarı və qurucusu olan Ulu Öndərimiz Heydər Əliyevin müdrik tövsiyyələri bu yolda bizim üçün daimi sönməz məşəl olacaqdır.

 

   Məmmədova Lalə Məhəmməd qızı                    

Yevlax rayon Mehman Kərimov adına Tanrıqulular kənd 
tam orta məktəbin riyaziyyat və informatika müəllimi 
                                                   

2 2

Oxşar xəbərlər