Müstəqil Azərbaycan dövlətinin tarixində Heydər Əliyev şəxsiyyətinin rolu -  Ülviyyə Süleymanova yazır
11-05-2021, 17:30
739

Müstəqil Azərbaycan dövlətinin tarixində Heydər Əliyev şəxsiyyətinin rolu - Ülviyyə Süleymanova yazır

Çiçəklənən Azərbaycan Respublikasının bugünkü inkişaf yolunun tarixinə baxanda ümumilli liderimiz H.Əliyevi yad etməmək mümkün deyil Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. 

Təsadüfi deyil ki, Ümumilli Lider azərbaycanlı olması ilə daim fəxr etdiyi kimi, biz azərbaycanlılar da bugün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndəşları olmaqdan qürur duyuruq. Heydər Əliyev öz siyasəti ilə bütün dövlət başçıları arasında fenomenə çevrilmişdir. Sanki hamı onun dəsti-xəttini təkrarlamaq, ondan örnək götürmək istəyirdi. Ulu öndərin yalnız bir amalı, bir istəyi vardı-doğma torpağımız olan Qarabağı qaytarmaqla Azərbaycanın suverenliyini, müstəqilliyini, bütövlüyünü təmin etmək. Heydər Əliyev müdrik və qətiyyətli siyasətçi kimi erməni millətçilərinin bir çox faciələrlə nəticələnmiş soyqırımı və təcavüz siyasətinə qarşı mübarizə aparmışdır.
Ümumilli liderin Respublikaya böyük uzaqgörənliklə və müdrikcəsinə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. 1971-ci ildə ulu öndərin birbaşa təşəbbüsü ilə Bakıda ilk ibtidai hərbi məktəbinindiki Cəmşid Naxçıvanski adına Hərbi lisseyin yaradılması da respublikamızın həyatıda olduqca mühüm hadisə idi və bu il hərbi lisseyin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar hazırlıq işləri gedir. Hər bir uğuru, əldə olunan qələbəni tarix və şərait yetişdirir. Bu səbəbdən İkinci qarabağ savaşıda istər hərbi, istər diplomatik cəbhələrdə qələbəyə gedən yolun təməlinin H. Əliyev cənablarının respublikamıza başçılıq etdiyi dövürdən qoyulduğunu desək, yanılmarıq. Məhz xalqın yalvarışı və təkidi ilə 1993-cü ilin böhranlı yayında ümumilli lider ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Onun qayıdışı ilə ölkəmizdə dövlət quruculuğunun təməli qoyuldu. 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilmişdir. Məhz Heydər Əliyev cənabları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti haqqıda dünya dövlətlərini lazımınca məlumatlandırdı. Lakin BMT-nin Təhlükəsizlik Şurasi Ermənistanin Azərbaycana təcavüzü ilə bağlı 4 qətnamə qəbul etsə də, bu sənədlərdə əks olunmuş tələblər yerinə yetirilmədi.
Ümumilli lider Heydər Əliyevin Dağlıq Qarabağla bağlı hərtərəfli düşünülmüş, dünya birliyi tərəfindən qəbul edilən siyasətini son 17 ildə onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirdi-2020-ci il sentyabrın 27-dən noyabrın 10- dək davam edən 44 günlük qalibiyyətli Vətən müharibəsi buna bariz nümunədir. 8 Noyabr isə Azərbaycanın Mədəniyyət mərkəzi olan, Qarabağın taci sayılan Şuşanın azad edildiyi gün, eyni zamanda tariximizə Zəfər Günü kimi qızıl hərflərlə yazıldı. Məhz, ulu öndərin yetişdirdiyi, onun siyasətinin davamçısı olan möhtərəm İlham Əliyevin davam etdirdiyi siyasəti qələbəmizin təməlidir. Azərbaycan Respubliksaının Prezidenti İlham Əliyev noyabrın 8- də Şuşanın azad oluması xəbərini xalqa çatdırarkən demişdir:
“Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada- Şəhidlər Xiyabanında dogma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bird aha baş əyirəm… Mən bu gun, eyni zamanda. Ulu Öndər Heydər Əiyevin məzarını ziyarət etdim onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirə bildim”.
Bununla bizə - müstəqil Azərbaycan vətəndaşlarına bir daha sübut olundu ki, Müstəqil Azərbaycan respublikasının memarı və qurucusu Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev cənablarıdır. İlham Əliyev cənablarının adı Azərbaycanın özü qədər əbədi olacaq.
İlhamla irəli!

Ülviyyə Süleymanova,
Filoloq, qiraətçi, pedaqoq 
88 1

Oxşar xəbərlər