Qızlar arasında dünyəvi təhsilin ilk qaranquşları və ya qaranlıqdan işığa gedən yol
15-09-2020, 12:16
368

Qızlar arasında dünyəvi təhsilin ilk qaranquşları və ya qaranlıqdan işığa gedən yol

Qızlar arasında dünyəvi təhsilin ilk qaranquşları və ya qaranlıqdan işığa gedən yol

XIX əsrdən etibarən Azərbaycanda maarifçilik ideyaları təşəkkül tapmağa başladı. Böyük ziyalılarımız əllərindən gəldikdə maarifçiliyi ictimai həyatın bütün sahələrində yaymağa çalışırdılar. Belə sahələrdən ən ümdəsi təhsil idi.
XIX əsrdən başlayaraq dini təhsildən dünyəvi təhsilə keçid yeni və möhtəşəm addım idi. Həmin yeniliklə sıx əlaqədə olaraq qadın təhsilinin və bütövlükdə Azərbaycan qadınının cəmiyyətdəki vəziyyətinə baxışların transformasiyası baş verdi. Etiraf etmək lazımdır ki, bu dövrdə müsəlman ölkələrində, o cümlədən Azərbaycanda qadın təhsili dövrün ab-havasını uyğun deyildir.

Gənc azərbaycanlı qızların məktəblərdə, Mədrəsələrdə, ev şəraitində dinin əsaslarını, evdarlığın qaydalarını və s. öyrənmələri üçün tətbiq olunan ənənəvi üsullar artıq köhnəlmişdi. Qadın məktəblərinin köklü islahatına, onların daha mütərəqqi dünyəvi xarakter daşımasına ehtiyac vardı. Bu istiqamətdə ilk addımlar XIX əsrin birinci yarısından atılmağa başladı. Belə ki, 1848-ci ildə Şamaxıda müqəddəs Nina rus dünyəvi tədris müəssisəsi açıldı.Şamaxı qız məktəbi cəmi 11 il yaşamış, 1958-ci ilin mayın 30-da baş vermiş zəlzələ nəticəsində şəhərin böyük bir hissəsi dağıldığından fəaliyyəti dayandırılmış və Bakıya köçürülmüşdür.

XIX əsrdə Azərbaycan qız məktəblərinin açılması ilə bağlı cəhdlərin genişlənməsinə baxmayaraq, qadın təhsili ağır vəziyyətdə idi. Azərbaycanlı qızlar demək olar ki, düzgün təşkil edilmiş təhsildən məhrum idilər. Bu ehtiyacı isə nisbətən ayrı-ayrı şəxslərin evlərində qadın müəllimlər ödəyirdi. Məsələn, mənbələrdən birində Bakıda – İçəri şəhərdə 2 qadın müəllimənin yanında 25 qızın oxuması göstərilir. Belə qadınlar tərəfindən açılan məktəblər Şuşa, Şamaxı, Gəncə, Nuxa və başqa şəhərlərdə də olmuşdur.

Belə məktəblərdən biri dövrünün maarifpərvər qadınlarından olan Gülbəyim Mir Mahmud qızı tərəfindən 1850-ci ildə Şamaxı şəhərində açmışdır.
Dünyəvi təhsil verən “Gülbəyim məktəbi” dövrə görə nadir məktəb idi. Onun səbəbkarı özünün bacarığı, qabiliyyəti və poetik yaradıcılığı ilə Şamaxıda fəaliyyət göstərmiş “Molla Pəri”, “Molla Tubnisə”, “Molla Xanım”, “Zeynəb xanım”, “Nisə xanım” və başqalarının məktəbləri qismən qızların müəyyən qədər təhsil almalarında rol oynamışdır.

Ən maraqlı “ev məktəbi” Gövhər Hacı Məcid qızı Cəfərzadə Şövqiyyənin şəhərin Şeyxünas küçəsində Əsbət xanımın mənzilində 20 nəfərdən artıq təhsil alan işıqlı maarif ocağı idi. Burada ana dili, hesab, coğrafiya, imla, rəsm, nəğmə və s. dərslər daha geniş tədris olunurdu. Gövhər Cəfərzadənin məktəbində yazı lövhəsi ilə yanaşı M.Ə.Sabirin və A.Səhhətin göndərdiyi qlobus, coğrafiya xəritələri və kitablar vardı. Məktəb ikisinifli idi. Birində kiçik, digərində böyük yaşlı qızlar oxuyurdu. “Gövhər məktəbi” 1918-vi ilə kimi fəaliyyət göstərdi.
Bu dövrdə Bakıda da məktəblər açılırdı. Belə məktəblərdən biri 1874-cu ildə Bakıda orta təhsil verən ilk Qadın Gimnaziyası fəaliyyət göstərməyə başladı. Lakin azərbaycanlıların bu məktəblərdə cəlb olunma səviyyəsi olduqca zəif idi. O illərin statistikası aci reallığı əks etdirirdi.

1897-ci ildə Müqəddəs Nina tədris müəssisəsində 320 nəfər təhsil alırdı ki, bunların da cəmi 3 nəfəri müsəlman idi. Yüzilliyin sonlarında Azərbaycanın bütün orta məktəblərində 1283 nəfər qız oxuyurdu ki, onların da yalnız 6-sı azərbaycanlı idi. Bunun əsas səbəbi rus məktəblərinə etimadsızlıq idi.
Bu dövrdə mütərəqqi ictimaiyyətin nümayəndələri qadın təhsilinin genişləndirilməsi və Azərbaycan qadınının ictimai həyata cəlb olunması uğrunda fəal çıxış etməyə başladılar. Ziyalılarımız təkcə dünyəvi qız məktəblərinin açılması məsələlərini qaldırmırdılar, eyni zamanda bu istiqamətdə müəyyən addımlar da atırdılar. Belə ki, görkəmli pedaqoq, maarifçi Həsən bəy Zərdabi 1896-cı il yanvarın 19- da müsəlman qızlar üçün birsinifli məktəbin açılması xahişi ilə Bakı qubernatoruna müraciət etmişdir. Qubernator jandarm idarəsinin rəisinə H.Zərdabi haqqında polis məlumatlarını toplamağı tapşırmışdı.

Həsən bəyə verilən mənfi xasiyyətnamə işin nəticəsini həll etmişdi. Lakin tarix belə gətirdi ki, məhz həmin ildə azərbaycanlı qızlar üçün dünyəvi məktəbin yaradılması ideyası meydana gəldi və Azərbaycan xalqının böyük oğlu Hacı Zeynalabdin Tağıyev bu ideyanı gerçəkləşdirdi.
“Alacağım zərbə nə qədər ağır olsa da, bu işə başlamaliyam”.

Ömrünü Azərbaycanın ictimai-siyasi, mədəni həyatının inkişafına, tərəqqisinə həsr etmiş, millətinin inkişafı yolunda qüvvə və bacarığını əsirgəməmiş Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı, milli azadlıq hərəkatının üzvü Hacı Zeynalabdin Tağıyev millətinin azadlığı üçün xalqın maariflənməsi, mədəniyyəti, mətbuatın inkişafı, təhsili yolunda böyük, əvəzsiz işlər görmüşdür. ” Bunu mən etməsəm, kim edəcək, bu biçarə millətin gələcəyini mən düşünməyim, o düşünməsin, kim düşünsün? Alacağım zərbə nə qədər ağır olsa da, bu işə başlamaliyam”– deyə düşünən Tağıyev millətinin işıqlı gələcəyini yalnız maarilənmədə, mədəniyyətdə görürdü. Odur ki, min bir əziyyətlə olsa belə, öz hesabına Bakıda dünyəvi qızlar məktəbinin açılmasına çalışırdı. Tağıyev bu istəyinin reallaşması– məktəbin açılması üçün əvvəlcə, imperator III Aleksandra müraciət edir və mənfi cavab alır, lakin Tağıyev xoşməramlı niyyətindən əl çəkmir; 1895-ci ildə II Nikolayın tacqoyma mərasimində çarın xanımına bahalı hədiyyə bağışladığı zaman arzusunu dilə gətirir. Bu dəfə istəyi müsbət qarşılanır. Beləliklə, o, böyük çətinliklərdən, ağır mərhələlərdən sonra–1901-ci ildə Qızlar məktəbinin açılmasına nail olur.

Maarifçilik tariximizdə, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında Tağıyevin Qızlar Gimnaziyanın böyük rolu olmuşdur. Məktəbi bitirən neçə-neçə azərbaycanlı qız millətimizin tərəq qisində yaxından iştirak edərək, cümhuriyyət fəallarından olmuşlar.
Rahilə Hacıbababəyova, Şəhrəbanı Şabanova, Şəfiqə Əfəndizadə, Məryəm Qembitskaya, Bakıda “Qadın Xeyriyyə Cəmiyyəti’ mi yaradan Liza Muxtarova və s. məhz belə qadınlardandır.
Cəmiyyətdə qadınının rolunu həmişə yüksək qiymətləndirən Şərq dünyasının ilk mesenatı Hacı Zeynalabdin Tağıyevin millət üçün açdığı işıqlı yolu Azərbaycan Xalq Cümhuriyyəti hökuməti davam etdirməklə böyük uğurlara imza atır.
İstər Cümhuriyyət dövründə, istərsə də, Cümhuriyyətdən sonra Azərbaycan mədəniyyətində baş verən dəyişikliklər teatrın inkişafına da təkan verməyə başladı.

Azərbaycan hökuməti xalqın milli mənlik şüurunun formalaşmasında teatrın roluna yüksək dəyər verirdi.
Bu baxımdan artıq Bakıda Hüseyn Ərəblinskinin rəhbərliyi ilə Azərbaycan Dövlət Teatrı fəaliyyətə başlamış, 1918–1920- çi illərdə bizə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan” , “Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” , Namiq Kamalın “Akif bəy” yaxud “Namus” əsərləri tamaşaya qoyulmuşdur.

XX əsrin əvvəllərində baş verən ictimai-siyasi hadisələr qız məktəbinin fəaliyyətinə təsir göstərdi. 1917- çi il mayın 2- də məktəbin Hamiler Şurası ərzaq çatdırılmasında yaranan çətinliklərlə əlaqədar 1917- ci tədris ilinin sentyabrından pandionun bağlanması və yalnız dərsə gedib- gələ bilən şagirdlərin qalması haqqında qərar verildi.
Aleksandriyski məktəbi faktiki olaraq 1918-ci ilin əvvəli fəaliyyətini dayandırdı.

Tağıyev məktəbi doğurdan da müsəlman qızlar arasında dünyəvi təhsilin ilk qaranquşu olmaqla yanaşı, Azərbaycan qadınını ictimai həyatın bir çox sahəsinə qazandırdı.

XX əsrin sonlarında Naxçıvanda pedaqoji mühit və pedaqoji fikir çox sürətlə inkişaf edir və yeni mütərəqqi məktəblər, fikirlər yaranmağa başlayırdı.
Hal – hazırki dövrdə təhsilimiz yüksək inkişaf mərhələsindədir. Qadınlarımız təkcə Azərbaycanın təhsil müəssisələrində deyil, dünyanın bir sıra nüfuzlu universitetlərində təhsil alır, ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqedə dayanırlar. Azərbaycan qadını illərin ağır sınaqlarına sinə gər ərək bu günə kimi özünü inkişaf etdirmiş və gələcəkdə bir çox uğurlara imza atacaq qüdrətə malikdir.
0 0

Oxşar xəbərlər