Rəqəmsal məlumatları varislərə ötürmək üçün “zaman kapsulu” yaradılır.
5-08-2021, 16:25
46

Rəqəmsal məlumatları varislərə ötürmək üçün “zaman kapsulu” yaradılır.

TehsilXeber.com-Rusiyalı alimlər rəqəmsal məlumatları varislərinə ötürmək üçün blok zənciri texnologiyasından istifadə edəcək “zaman kapsulu” xidməti hazırlayırlar.
Bu barədə Mk.ru Milli Texnologiya Təşəbbüsü Platformasına istinadən xəbər yayır.
Qeyd edilir ki, “Zaman kapsulu” xidməti rəqəmsal məlumatların və varlıqların təhlükəsiz saxlanmasına imkan verəcək.
Bunlar insanların varislərinə ötürmək istədikləri “bitcoin” pulqabıların açarları, sosial şəbəkə şifrələri ola bilər.
Layihə meneceri Dmitri İzvekov əlavə edib ki, indi istifadəçilərin məlumatları müəyyən bir müddətdən sonra müəyyən şəxslərə ötürülməsi şərti ilə bütün lazımi məlumatları şifrəli formada saxlaya biləcəkləri bir layihə saytı yaradılır.
Saytda fotoşəkilləri, video mesajları, dəyərli əşyaların yerləşmə koordinatlarını və miras üçün digər müxtəlif mesajları “gizlətmək” mümkündür.N.Əlimirzəyeva.MM

0 0

Oxşar xəbərlər