Əsgərə Məktub: "Vətən sevgisini sizlərin yazdığı tarixdən öyrənəcək." - "Məktəbdən Cəbhəyə"
17-12-2020, 13:32
467

Əsgərə Məktub: "Vətən sevgisini sizlərin yazdığı tarixdən öyrənəcək." - "Məktəbdən Cəbhəyə"

TehsilXeber.com təhsil Portalı və Təhsil Forumu - 2020 qrupu "Məktəbdən Cəbhəyə" rubrikası çərçivəsində növbəti məktubu təqdim edir:  

Allahın salamı, rəhməti üzərinizə olsun, məğrur Vətənimin müzəffər əsgəri.

          Bu gün sizlərin sayəsində ölkəmizin üzərində topalaşan 5 əsirlik qara buludlar parça-parça olaraq dağıdıldı. Bu gün sizlər Vətənimiz Azərbaycanı zəfər üfiqlərinin şüası ilə işıqlandırdız və bütün bunları əzminizlə, sarsılmaz iradənizlə, canınızla, qanınızla qazandız. Mənim övladlarım sizlərin sayəsində qalib ölkənin vətəndaşları kimi böyüyüb Vətən sevgisini sizlərin yazdığı tarixdən öyrənəcək.

         Azad ölkənin müstəqil gəncliyi məhz sizlərin bu 44 günlük zəfər tarixinin sabahları ilə açılacaq. Bunun üçün sizlərə minnətdaram, bunun üçün qarşınızda baş əyirəm. Nə qədər ki, sizin kimi Vətən mücahidləri var bu torpaqlar nəfəs verəcək bizlərə. Rəbbim sizləri qorusun.


Ayidə Məhəmmədova
Qusar rayon Kirig kənd sakini

Oxşar xəbərlər