Həm I Qarabağ, həm də Vətən Müharibəsində könüllü iştirak edən müəllim.
18-06-2021, 16:03
69

Həm I Qarabağ, həm də Vətən Müharibəsində könüllü iştirak edən müəllim.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsi iştirakçısı olan müəllim Ələmdar Abdullayevin bioqrafiyasını təqdim edirik:
 
Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən, yetirmələri olan keçmiş şagirdlərlə çiyin-çiyinə döyüşən Ələmdar Sərdar oğlu Abdullayev 1966-cı ildə anadan olub.
 
TehsilXeber.com məlumatına görə 1983-cü ildə Bakı şəhəri 223 nömrəli tam orta məktəbi bitirib. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Gənclərin çağırışaqədərki hərbi hazırlıq və fiziki tərbiyə fakültəsində təhsil alıb.
 
1988-ci ildə Xalq hərəkatının və 1990-cı ildə 20 Yanvar hadisələri ərəfəsində ümummilli etiraz prosesinin fəal iştirakçılarından olub.
 
1992-ci ildə baş vermiş Xocalı faciəsindən sonra könüllü olaraq bölük komandiri kimi I Qarabağ Müharibəsində iştirak edən Ə.Abdullayev Kəlbəcər, Ağdərə rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək düşmənə layiqli cavab verib. I Qarabağ Müharibəsində göstərdiyi şücaətə görə o, “Vətən naminə”, “Vətənpərvərlik işində xidmətlərinə görə” medallarına layiq görülüb.
 
2010-cu ildən Bakı şəhəri 105 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığə rəhbəri və fiziki tərbiyə müəllimi vəzifəsində çalışır.
 
İki övlad atası olan Ə.Abdullayev Vətən Müharibəsi başlayan kimi torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulub. Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Vətən Müharibəsindəki xidmətlərinə görə o, Fəxri fərman və diplomlara layiq görülüb.
 
Həm I Qarabağ, həm də Vətən Müharibəsində iştirak edərək Vətənə olan borcunu yerinə yetirdiyini deyən Ə.Abdulayev hazırda əsas vəzifəsinin sağlam və vətənpərvər ruhlu gənclər yetişdirməkdən ibarət olduğunu bildirir.N.MM


0 0

Oxşar xəbərlər