“Yay məktəbi” üçün fənlər  necə seçilir? – Vacib məqamlar.
19-06-2021, 10:57
76

“Yay məktəbi” üçün fənlər necə seçilir? – Vacib məqamlar.

8 iyun tarixindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”nə qeydiyyat prosesinə start verilib. 
 
 
TehsilXeber.com xəbər verir ki, Təhsil Nazirliyinin facebook səhifəsinə istinadən xəbər verir ki, “Yay məktəbi” siniflər üzrə fərqli şəkildə təşkil ediləcək.
 
 
“Yay məktəbi”ndə I-IV siniflərdə xarici dil və riyaziyyat üzrə məşğələlər təşkil olunacaq, digər fənlər üzrə inteqrasiya təmin ediləcək. 5-10-cu siniflər üzrə isə ümumtəhsil müəssisəsinin qərarına əsasən dərs məşğələləri təşkil olunacaq.
 
Təhsil müəssisələrinin rəhbərliyi həmin fənləri müəyyənləşdirərkən məktəbdaxili qiymətləndirmənin nəticələri təhlil edilməli və daha aşağı nəticələri olan dərslər seçilməlidir. 
 
 
Qeyd edək ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir. “Yay məktəbi” iyunun 16-dan 30-dək davam edəcək.N.MM
 
0 0

Oxşar xəbərlər