Təhsil Tələbə Krediti Fondunun qazandıracağı fayda və üstünlüklər - Ekspert analizi.
21-06-2021, 17:26
47

Təhsil Tələbə Krediti Fondunun qazandıracağı fayda və üstünlüklər - Ekspert analizi.

TehsilXeber.com-un verdiyi məlumata görə Hesab edirəm ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədinə xidmət etməklə yanaşı, həm də təhsilin dövlətimiz üçün prioritet sahə olduğunun bir daha nümayişinin bariz nümunəsidir.
 

Bu kredit sosial baxımdan həssas ailədən olan tələbələrlə yanaşı, həm də uğur göstəricisi yüksək olan tələbələrə də çox böyük dəstək olacaq. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 (yeddi) üzvdən ibarət Himayəçilik Şurası yaradılması, Fondun fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyətinin həyata keçirməsi aşkarlıq və şəffaflığın təmin olunmasına təminat verən amillərdən biri olacaq.
 

Tələbə kreditinin məcburi deyil, könüllü olması, kreditləri tələbə təhsilni baş vurduqdan sonra qaytara bilməsi, Fondun fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinin dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi, Fondun yenidən təşkili və ləğvi barədə qərar qəbul edilməsi və bunun məhz Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilməsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” altsisteminin yaradılmasını təmin etmək və digər məsələlərin tapşırılması, dövlət tərəfindən təhsil sistemimizə olan inamı bir daha artırır.
 

Ümid və arzu edək ki, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi məqsədilə investisiyaların cəlb olunması üçün tədbirlər görülməsi, Fonda ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi, fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı islahatlar aparılmasına dair təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi, fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxilması və qanunla müəyyən edilmiş tədbirlər görülməsi, Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək kimi hüquq və vəzifələrin həyata keçirilməsi təhsilimiz və tələbələrimizin sosial müdafiəsi baxımından gözləntilərimizə yeni impuls verəcək.
 
Nadir İsrafilov-Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, ekspert....N.MM
0 0

Oxşar xəbərlər