Nazir ikili diplom proqramının əhəmiyyətindən danışıb.
22-06-2021, 20:01
30

Nazir ikili diplom proqramının əhəmiyyətindən danışıb.

"Dünyanın  aparıcı  universitetləri  ilə  üçlü-ikili  diplom  proqramımız  var".
 
TehsilXeber.com  xəbər  verir  ki, bunu  Təhsil  naziri  Emin  Əmrullayev  AzTV-nin  “Hədəf”  verilişində deyib.
 
O, hazırda  həyata  keçirilən  ikili  diplom  proqramlarından  danışıb:
 
“Hazırda  ADA  Universiteti  ilə ABŞ-ın  Corc Vaşinqton  Universiteti arasında  İT sahəsi  ilə  bağlı, Azərbaycan  Dövlət  Pedoqoji  Universiteti  ilə Corc  Vaşinqton Universiteti  arasında  təhsilin  idarə  edilməsinə  dair, eyni  zamanda  Cənubi  Koreyanın  İnha  Universiteti  ilə  Bakı  Mühəndislik  Universiteti  arasında  bakalavriat  səviyyəsi  üzrə  mühəndislik  ixtisası  üzrə  ikili  diplom  proqramları  həyata  keçirilir. Bu  proqramlar  Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq  Fərmanı  ilə təsdiq edilib. O  cümlədən, ali  təhsilin  rəqabətliliyini təmin  etmək  məqsədi  ilə,   doktorantura  tələbələrinin  xaricdə  təhsilini  təmin  edirik”.


Təhsil  naziri  sonda isə,- “ Bu  proqramı  çox  sadə  şəkildə  izah  etsək, azərbaycanlı  tələbələr  ölkəmizdə  təhsil  almaqla  həm  öz oxuduqları universitetin, həm də  bu  proqram  çərçivəsində həmin  ali  təhsil  müəssisəsi  ilə əməkdaş  olan  xarici universitetin  diplomunu  alırlar”- deyə  qeyd  edib.N.MM
0 0

Oxşar xəbərlər