Lisey və gimnaziyalara qəbul nəticələri açıqlanıb!!!
25-06-2021, 13:54
136

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlanıb!!!

TehsilXeber.com - xəbər verir ki,Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
 
Şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış "Şəxsi kabinet"lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 30 faiz nəticə göstərmiş şagirdlər seçim mərhələsinə buraxılıb.
 
Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər 5 iyul 2021-ci il saat 17:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.
 
Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 29 iyun 2021-ci il tarixinədək [email protected] elektron ünvanı vasitəsilə qəbul edilir.N.MM
0 0

Oxşar xəbərlər