BŞTİ-nin təşkilatçılığı ilə jurnalistlərlə görüş keçirilib - FOTOLAR.
19-07-2021, 08:24
49

BŞTİ-nin təşkilatçılığı ilə jurnalistlərlə görüş keçirilib - FOTOLAR.

 
TehsilXeber.com- xəbər verir ki, BŞTİ-nin müdiri Mehriban Vəliyeva media təmsilçilərini peşə bayramı münasibəti ilə təbrik edib, onlara paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib. İdarə müdiri təhsildən yazan, maarifçilik, məktəb təəssübkeşi olan qələm adamları ilə görüşdən məmnunluğunu ifadə edib.
 
Azərbaycan mediasının zəngin ənənələri olduğunu deyən M.Vəliyeva bütün peşəkar media qurumlarının təhsilə, məktəbə daim dəyər verdiyini və bu sahənin fəaliyyətinin obyektiv işıqlandırılmasında həssaslıq göstərdiyini diqqətə çatdırıb.
 
Azərbaycan mətbuatının inkişafında ulu öndər Heydər Əliyevin rolundan bəhs edən İdarə müdiri Azərbaycanda demokratik mətbuatın formalaşmasında, onun hüquqi-normativ bazasının yaradılmasında, azad sözün, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli liderin xidmətlərindən bəhs edib.
 
M.Vəliyeva bildirib ki, Azərbaycanda media siyasəti və ənənələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mətbuatın inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev zəfərlə başa çatan Vətən Müharibəsində informasiya savaşının da önündə oldu və medianın imkanlarını haqq səsimizin dünyaya çatdırılmasına yönəltdi.
 
Media nümayəndələri təşəkkürlərini bildirərək, qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
 
Sonda media nümayəndələrinə Təşəkkürnamə və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.N.MM
0 0

Oxşar xəbərlər