Qurban Bayramı münasibətilə ADPU-nun Quba filialının direktorunun təbriki.
20-07-2021, 13:39
54

Qurban Bayramı münasibətilə ADPU-nun Quba filialının direktorunun təbriki.

TehsilXeber.com-ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin Müqəddəs Qurban Bayramı münasibətilə təbriki:
 
"Müsəlman dünyasının müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan Dövlət Pedaqoji Univeristetinin (ADPU) Quba filialının kollektivi, bütün qubalılar və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu bayramın xoş ovqatına sığınaraq uca Tanrıdan cəbhədə düşmən qarşısında dayanan mətin Azərbaycan əsgərinə can sağlığı arzulayaraq, növbəti bayramı Qarabağımızda qeyd etməyi diləyirəm!

Hamımıza məlumdur ki, Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən və xüsusilə də ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda bir çox dini bayramlar, o cümlədən Qurban bayramı dövlət səviyyəsində qeyd edilməyə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük milli təəssübkeşliyi, əzmkarlığı, çoxşaxəli fədakar fəaliyyəti nəticəsində ölkəmiz həyatımızın bütün sahələrində sürətlə inkişaf edir. Ölkəmizin hərtərəfli inkişaf dinamikası təhsil sahəsində də özünü göstərir. Respublikamızın Şimal bölgəsində yerləşən ADPU-nun Quba filialının kollektivinin əməyi sayəsində son zamanlar əldə olunan nailiyyətləri təhsil uğurlarımızın bariz nümunəsi kimi göstərmək olar. 

Doğma Azərbaycanımızda baş verən sürətli inkişaf isə bütün vətəndaşları sevindirir, hamını həmrəyliyə inkişafda yer almağa səsləyir. Hər birimiz də bu inkişafa bacardığımız töhfələri verməyə çalışmalıyıq. Bu inkişafı məhz işğaldan azad edilmiş ərazilərdə görəcəyimiz günlər uzaqda deyil. Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda quruculuq işlərinə artıq start verilib. Builki Qurban bayramı xalqımıza qələbəni nəsib edən şəhid ailələrinin yad  olunması ilə xüsusiləşməli, hər kəs vətəndaşlıq borcunu əsirgəməyərək dövlətin göstərdiyi diqqətə öz qayğısını qatmalıdır. Builki bayramı azad edilmiş ərazilərdə qeyd edə biliriksə, bu, Ali Baş Komandan və Vətən yolunda canını qurban verən oğulların əməyidir.
 
Bir daha bu müqəddəs bayram münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, ölkəmizin, dövlətimizin inkişafı yolunda qətiyyətli olmağı arzulayıram. Böyük Yaradan ən ülvi arzularınıza bağlı dediyiniz qurbanları qəbul etsin! 
Bayramınız mübarək olsun!Nİgar.(Əlimirzəyeva).MM


0 0

Oxşar xəbərlər