Bütün uşaqların öyrənməsinə nail olmaq üçün Universal Öyrənmə Dizaynı .
20-07-2021, 20:14
38

Bütün uşaqların öyrənməsinə nail olmaq üçün Universal Öyrənmə Dizaynı .

Zamanla müşahidə edirik ki, sinifdə bəzi şagirdlər aktiv, digərləri isə passiv olur. Passiv şagirdləri dərsə cəlb etmənin də müxtəlif yolları var.
 
TehsilXeber.com-xəbər verir ki, müəllimlər bütün uşaqların öyrənməsinə nail olmaq üçün Universal Öyrənmə Dizaynının prinsiplərindən istifadə edə bilər:
 
Təqdimatın çoxsaylı vasitələri- Səmərəli öyrənmə üçün şagirdlərə dərsin məzmununu müxtəlif və çoxsaylı yollarla təqdim edin.
 
Hərəkət və özünü ifadənin çoxsaylı vasitələri- Şagirdləri bildiklərini nümayiş etdirmək və özünü ifadə etmək üçün seçim azadlığı verin.
 
Dərsə cəlbolunmanın çoxsaylı vasitələri- şagirdlərin öyrənməyə həvəsi olması üçün onlarda davamlı olaraq motivasiya və maraq oyadın.
 
Nəyi öyrənmək- Hər bir şagirdin dərsin məzmununu dərk etdiyindən, dərsin məzmununu başa düşdüyündən əmin olun. Riyazı ifadələri və simvolları fərqli yollarla izah edin, göstərin.
 
Necə öyrətmək- fiziki fəaliyyətlər üçün imkan yaradın, özünü ifadə və kommunikasiya üçün seçim azadlığı verin. İcraetmə funksiyalarının(planlama, yoxlama və.s )  yerinə yetirilməsi üçün imkan yaradın.
 
Niyə öyrənmək- səy göstərmək və cəhd etmək üçün imkan yaradın , öyrənməni real həyatla əlaqələndirin və davamlı maraq oyadın. Şagirdlərə özünü ifadə etmək üçün imkan yaradın.Nigar.(əlimirzəyeva)MM.
0 0

Oxşar xəbərlər