Quba rayon təhsil şöbəsinin müdiri - Rüfət Hacıyevin AD GÜNÜDÜR.
23-07-2021, 08:53
1 319

Quba rayon təhsil şöbəsinin müdiri - Rüfət Hacıyevin AD GÜNÜDÜR.

23 iyul 1985-ci ildə Quba rayonu İkinci Nügədi kəndində anadan olmuşdur. 2001-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedoqoji Univeristetinə qəbul olunmuş, 2006-ci ildə həmin univeristetin Filologiya fakultəsini  bitirmişdir.
Əmək fəaliyyətinə Azərbaycan Elmi Tətqiqat Bağçılıq və Subtronik Bitkilər İnstitutunda başlamışdır. 2006-cı ildə Quba rayonu Rizvan Cəbrayılov adına Təngəaltı kənd tam orta məktəbində müəllim, 2007-ci ildə direktor müavini vəzifəsində çalışmışdır. 2008-2009-cu illərdə hərbi xidmətdə olmuş, 2012-ci ildə Təngəaltı kənd tam orta məktəbində direktor vəzifəsinə təyin olunmuşdur. 2012-2013-cü illərdə Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi  və humanitar məsələlər şöbəsində baş məsləhətçi, 2013-2016-cı illərdə  isə Quba rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışmışdır. 2016-cı ildən İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində direktor vəzifəsində çalışmışdır.
             Yeni Azərbaycan Partiyasının üzvüdür.
           Təhsil Nazirliyinin 28.12.2017-ci il tarixli, 02-09-6033/16 nömrəli razılıq məktubu və  Quba Rayon İcra Hakimiyyəti Başçısının  28 dekabr 2017-ci il tarixli 113 nömrəli əmri ilə Quba rayon Təhsil Şöbəsinin müdiri təyin olunmuşdur.Rüfət Hacıyevin rəhbərliyi altında  Quba rayon Təhsil Şöbəsinin işində bir canlanma, əvvəllər bir o qədər də hiss olunmayan dinamiklik və işgüzarlıq aşkar müşahidə olunmaqdadır. Rayon ictimaiyyətinin ümumi rəyinə görə, təhsil şöbəsinin müdiri Rüfət Hacıyev dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından rəhbərlik etdiyi qurumun fəaliyyətini tamamilə düzgün istiqamətə yönəldə bilib.Rüfət Hacıyev -cənablarına işlərində uğurlar arzu edirik.N.(Əlimirzəyeva)MM.
3 0

Oxşar xəbərlər