Nazirlikdən müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara dair AÇIQLAMA.!!!
25-07-2021, 10:50
157

Nazirlikdən müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara dair AÇIQLAMA.!!!

Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunan test tapşırıqları haqqında sosial şəbəkədə yayılan narazılıqlara münasibət bildirib.
 
TəhsilXəbər.com xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib.
 
"Bunları nəzərə alaraq, ekspert komissiyası test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparacaq. Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq"- deyə nazir qeyd edib.
 
Xatırladaq ki, MİQ-də iştirak edən namizədlər sosial şəbəkələrdə test tapşırıqlarının çətinliyindən şikayətləniblər.N.MM
1 0

Oxşar xəbərlər