Bu gün ibtidai sinif müəllimi olmaq istəyənlər üçün təkrar test imtahanı keçiriləcək!!!
4-08-2021, 08:46
76

Bu gün ibtidai sinif müəllimi olmaq istəyənlər üçün təkrar test imtahanı keçiriləcək!!!

Avqustun 4-də 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində ibtidai sinif fənni üzrə təkrar test imtahanı təşkil olunacaq.
 
Bu barədə TehsilXeber.com-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, imtahanla bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. İbtidai sinif fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat iyulun 28-30-da keçirilib.
 
Xatırladaq ki, 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test imtahanı mərhələsinə iyulun 5-də start verilib.Nigar.MM.Əlimirzəyeva.
0 0

Oxşar xəbərlər