"Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq" - AÇIQLAMA.....
4-08-2021, 14:06
127

"Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq" - AÇIQLAMA.....

Artıq bir ildən çoxdur ki, ölkədə pandemiya səbəbindən təhsil distant şəkildə keçirilir. İnsanlar arasında yoluxma sayının yenidən artması təhsilin ənənəvi olub-olmayacağı sualını yenidən gündəmə gətirir.
 TehsilXeber.com-in məlumatına görə, təhsil eksperti Kamran Əsədov AZXEBER.COM-a açıqlamasında ənənəvi təhsilin bərpa ediləcəyini bildirib:
 
"2021-ci ilin sentyabr ayından Azərbaycanda ənənəvi təhsil bərpa ediləcək və bu birmənalıdır. Bu həm orta ümumtəhsil məktəblərinə, həm də ali məktəblərə aiddir. Təhsil sistemində hər hansı yeni platforma yoxdur. Yeni tədris platforması ADA universiteti tərəfindən ali müəssiələri üçün hazırlanıb. Orta ümumitəhsil müəssisələrində hər hansı yeni platformanın yaradılması mümkün deyil. Burada məsələ platforma yox, onun əlçatan, yoxlama-ölçü məharətlərinin tətbiq edilməsidir. Yəni, ibtidai siniflərə oxuma-yazma bacarığı onlayn qaydada tətbiq edilə bilməz. Ona görə də, ölkədə 5 milyondan çox insanın vaksin olunduğunu, və sentyabrin 1-dən yaşı 18-dən yuxarı olanların vaksin olunmazsa ənənəvi tədrisdə iştirak edə bilməyəcəyini nəzərə alsaq, bu o deməkdir ki tədris prosesi bərpa ediləcək. Düzdür yoluxma sayı artıq 1000-ə yaxınlaşır və çox günam ki bu gün 1000-i keçəcək. Ancaq bunların heç biri sentyabrda ənənəvi təhsilə qayıtmağımıza mane olmayacaq".
 
Təhsil eksperti bildirib ki, bütün tədris fənnləri ənənəvi olmayacaq:
 
"Yeni təkliflər və qaydalar ondan ibarətdir ki, bütün dərslər ənənəvi olmayacaq. Bəzi dərslər online qaydada həyata keçiriləcək. Bu da şagird və tələbə sıxlığını aradan qaldırmaq üçün tətbiq ediləcək. Artıq yeni tədris ilinin başlamasında bir aydan çox vaxt qaldığını nəzərə alaraq, aidiyyatı dövlət qurumları sentyabr ayından tədrisin hansı formatda bərpa ediləcəyi haqda qərar qəbul etməlidir. Mən düşünürəm ki, sentyabr ayında ənənəvi təhsilə qayıdacağıq və bu prosessdə vaksin olunanlar iştirak edəcək".N.Əlimirzəyeva.MM

0 0

Oxşar xəbərlər