“Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir.
5-08-2021, 10:50
76

“Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir.

Təhsil İnstitutu tərəfindən “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir.
TehsilXeber.com-xəbər verir ki, müraciət üçün son tarix 15 avqust 2021-ci il nəzərdə tutulub.
Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək:
- Ali təhsil;
- Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
- Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
- "Microsoft Office" proqramları və internet resurslarından istifadə bacarığı;
- Təşkilatçılıq bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Zərurət olduqda ölkə ərazisi üzrə iş səfərlərinə getmək imkanı;
- Yaş həddi: 27 yaşdan yuxarı
Namizədlər öz CV-lərini [email protected] e-poçt ünvanına göndərə bilərlər. CV formasını buradan yükləyə bilərsiniz: https://www.arti.edu.az/.../794-quot-saristali-metodist...
Bundan əlavə, müraciət edərkən aşağıdakı formanı doldurmağınız tələb olunur.
https://cutt.ly/ymDZwW6.Əlimirzəyeva.N.MM

0 0

Oxşar xəbərlər