“Qarabağ: Zəfərə gedən yol” mövzusunda beynəlxalq konfransa tezis qəbulu aparılır.
5-08-2021, 16:44
45

“Qarabağ: Zəfərə gedən yol” mövzusunda beynəlxalq konfransa tezis qəbulu aparılır.

TehsilXeber.com-Avqustun 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, “Elger” Beynəlxalq Elm Mərkəzi, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Bakı Dövlət Universiteti (BDU), Naxçıvan Müəllimlər İnstitutu və BDU-nun Qazax filialının təşkilatçılığı, İsveçin Qotenburq Universiteti ilə birgə “Qarabağ: Zəfərə gedən yol” mövzusunda XVII beynəlxalq elmi konfransa tezis qəbulu aparılır.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, konfransa tezis qəbulu avqustun 17-dək qəbul edilir. İştirak etmək istəyənlər məqalələrini [email protected] ünvanına göndərə bilərlər. Qəbul edilən məqalələr avqustun 20-də elan olunacaq. Onlayn keçiriləcək konfrans elmin bütün sahələrini əhatə edir.
Konfransın işçi dilləri türk (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan türkcəsi), rus və ingilis dilləridir. Beynəlxalq konfransın materialları toplu şəklində nəşr ediləcək.
Konfransda iştirak üçün elmi dərəcəsi olan şəxslər (elmlər və fəlsəfə doktorları, elmi işçilər), müəllimlər, doktorantlar, magistrant və tələbələr müraciət edə bilərlər.Nigar.Əlimirzəyeva.MM

0 0

Oxşar xəbərlər