İnformasiya Texnologiyaları İnstitutu “Tanıma – 2021” beynəlxalq konfransının tərəfdaşıdır.
5-08-2021, 16:54
42

İnformasiya Texnologiyaları İnstitutu “Tanıma – 2021” beynəlxalq konfransının tərəfdaşıdır.

TehsilXeber.com-Sentyabrın 14-17-də Rusiyanın Cənub-Qərb Dövlət Universitetinin təşkilatçılığı ilə “Tanıma – 2021” XVI beynəlxalq konfransı (Raspoznavanie-2021) keçiriləcək. Tədbirin təşkilatçılarından biri də AMEA İnformasiya Texnologiyaları İnstitutudur.
İnstitutdan bildirilib ki, konfransın əsas istiqamətləri “Təsvirlərin emalı, analizi və tanınmasının riyazi nəzəriyyəsi”, “Planlaşdırmanın və maşın görməsi sistemlərinin hesablanmasının əsasları”, “İxtisaslaşdırılmış hesablama vasitələri, təsvirlərin emalı və obrazların tanınmasında paralel və paylanmış hesablamalar”, “Optik-elektron sistemlərin (robot texnikası sistemləri) tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması, elektronikada, informasiyanın və təsvirlərin emalı sistemlərində bifurkasiyalar və xaos”, “Texniki görmə sistemləri əsasında tibbi-ekoloji informasiya texnologiyaları” mövzuları üzrədir.
Daha ətraflı məlumatı konfransın rəsmi səhifəsindən əldə etmək olar.Nigar.Əlimirzəyeva.MM
0 0

Oxşar xəbərlər