Azərbaycan dili (dövlət dili) üzrə yeni dərsliyin fərqli cəhətləri – Video
25-12-2020, 09:37
238

Azərbaycan dili (dövlət dili) üzrə yeni dərsliyin fərqli cəhətləri – Video

2020-2021-ci tədris ilindən istifadəyə verilən I sinif Azərbaycan dili (dövlət dili) üzrə dərslik yeni nəsil dərsliklərin sırasındadır.

Təhsil Nazirliyindən TehsilXeber.com-a verilən məlumata görə bu ildən etibarən təlim digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili dövlət dili kimi yeni dərslik əsasında tədris olunur. Bu dərslik təlim digər dillərdə aparılan ibtidai siniflərdə Azərbaycan dilinin dövlət dili kimi tədrisi resursu olub, məzmun, quruluş və tərtibat konsepsiyası baxımından qabaqcıl beynəlxalq təcrübəyə əsaslanır.

Təhsil İnstitutu tərəfindən hazırlanmış sözügedən yeni dərsliyin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videonu təqdim edirik.

Oxşar xəbərlər