"Virtual məktəb"də siniflər silinəcək - SƏBƏB
29-12-2020, 17:19
336

"Virtual məktəb"də siniflər silinəcək - SƏBƏB

"Virtual məktəb"də 2019-2020-ci tədris ili üzrə siniflər silinəcək.
 
 TehsilXeber.com xəbər verir ki,  yanvarın əvvəlində   “Virtual məktəb”də ötən tədris ili üzrə arxivləşdirilmiş siniflərin silinməsi nəzərdə tutulur.
 
 
Hazırda "Virtual məktəb" platformasında dərslər cari tədris ili üzrə formalaşdırılmış yeni siniflərdə həyata keçirilir. Bunu nəzərə alaraq, 1-2 yanvar 2021-ci il tarixlərində “Virtual məktəb”də ötən tədris ili üzrə arxivləşdirilmiş siniflərin silinməsi nəzərdə tutulur.
 
 
Bu siniflərin saxlanılmasında əsas məqsəd müəllim və şagirdlərin yeni siniflərə rahat uyğunlaşmasının təmin edilməsi olub. Artıq köhnə siniflərin silinəcəyini nəzərə alaraq, müəllimlərdən köhnə siniflər üzrə işləri yekunlaşdırmaq xahiş olunur.
 
 
Platformada cari tədris ilindən etibarən məktəb rəhbərləri tərəfindən siniflərin formalaşması funksionalı əlavə olunub. Belə ki, hazırda məktəb direktorları və direktor müavinləri sistemə daxil olub, profillərində rəhbərlik etdikləri məktəblərin siniflərini və müəllimlərini əlaqələndirərək idarə edə bilirlər.
 
 
Qeyd edək ki, cari ilin 2 aprel tarixindən etibarən ölkədə ən iri milli onlayn platforma olan "Virtual məktəb”də məsafədən tədris təşkil olunur. Müəllim və şagirdlər platformada qeydiyyatdan keçərək siniflər üzrə dərslərə qoşulur və təqdim olunan bir çox təhsil imkanlarından faydalanırlar.

Oxşar xəbərlər