V-IX siniflərdə dərslərin açılması yubanacaq - RƏSMİ
27-01-2021, 13:31
962

V-IX siniflərdə dərslərin açılması yubanacaq - RƏSMİ

Fevralın 1-dən sonrakı 14 gün ərzində yoluxma kritik həddə çatsa, V-IX siniflərdə dərslərin açılması yubanacaq.
 
“Hər açılmadan sonra 14 gün ərzində müəyyən olunur ki, bu, yoluxmaya daha çox səbəb olur, yoxsa yox”. 
 
TehsilXeber.com xəbər verir ki, bunu media nümayəndələri üçün "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda keçirilən onlayn seminarda  Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.
 
Onun sözlərinə görə, fevralın 1-də əyani dərslər bərpa olunandan sonra xeyli sayda hərəkətlilik yaranacaq, çünki şagirdlər dərsə valideynləri ilə gedirlər. Şəhərdaxili hərəkətlilik çoxalacaq: "Bu səbəbdən 14 gün ərzində yoluxma kritik həddə çatsa, V-IX siniflərdə dərslərin açılması yubanacaq, amma vəziyyət stabil olacaqsa, onlar üçün də dərslər açılacaq.
0 0

Oxşar xəbərlər