Təhsil Nazirliyi direktor olmaq istəyənlərin sayını açıqlandı
12-02-2021, 11:37
122

Təhsil Nazirliyi direktor olmaq istəyənlərin sayını açıqlandı

Fevralın 10-dan start verilən direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində 900-dən çox namizəd qeydiyyatdan keçib.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində keçirilən elektron sənəd qəbulu mərhələsinin nəticələri nəzərə alınmaqla, ümumilikdə 4200-dən çox namizəd direktor olmaq üçün müraciət edib.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 fevral saat 23:59-dək miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Fevral ayının 19-da direktorların işə qəbulu üzrə ilk elektron sınaq imtahanı keçiriləcək.
0 0

Oxşar xəbərlər