Lənkəranda məktəb açılışı
12-02-2021, 15:00
62

Lənkəranda məktəb açılışı

Fevralın 12-də yeni tikilmiş Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. 
 
Təhsil Nazirliyindən TəhsilXeber.com-a verilən məlumata görə açılışda təhsil nazirinin müşaviri Elnur Nəsibov, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva və məktəb direktoru iştirak edib.


 
Bildirilib ki, yeni tikilmiş məktəb 264 şagird yerlikdir. Məktəbdə 10 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri də var. Təhsil müəssisəsində 40 yerlik yeməkxana, 103 yerlik akt zalı üçün də şərait yaradılıb. 
 
Açılışdan sonra məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub. 
0 0

Oxşar xəbərlər