Rəsmi xəbər
12-02-2021, 15:03
72
Kürdəmirdə məktəb açılışı
Fevralın 12-də Kürdəmir rayonu Qarasu kənd tam orta məktəbi üçün də yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.
Təhsil Nazirliyindən TehsilXeber.com-a verilən məlumata görə açılışda təhsil nazirinin müşaviri Kənan Kərimzadə, Kürdəmir Rayon İcra başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov və məktəb direktoru iştirak edib.

Qeyd edilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir. Məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri də var. Məktəbdə 120 yerlik yeməkxana, 240 yerlik akt zalı üçün də şərait yaradılıb.
Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.