Murad Əliyev Tələbə Gənclər Təşkilatları İttifaqının yeni Baş Katibi seçildi
12-02-2021, 16:40
148

Murad Əliyev Tələbə Gənclər Təşkilatları İttifaqının yeni Baş Katibi seçildi

11 fevral tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) İdarə Heyəti üzvləri ilə görüş keçirilib. 

ATGTİ-nin sədri Pərviz Mirələmlinin sədrliyi ilə keçirilmiş görüş zamanı təşkilatın Baş Katibi vəzifəsinə ADA Universitetinin 4-cü kurs tələbəsi Murad Əliyevin namizədliyi irəli sürülüb və yekdil qərar nəticəsində Murad Əliyev ATGTİ-nin yeni Baş Katibi seçilib.
Görüşdə eyni zamanda İttifaqın 2021-ci il strategiyası üzrə rəhbərliyin və idarə heyətinin qarşısında duran məsələlər müzakirə olunub. Strategiyanın əsas fəaliyyət istiqamətləri olan İttifaqdaxili dəyişikliklər, tələbə-gənclər təşkilatları və tələbə klublarının fəaliyyətlərinin gücləndirilməsi, tələbələrlə əlaqələrin möhkəmləndirilməsi, gənclərin potensialının artırılması, beynəlxalq əməkdaşlığın və ölkə daxilindəki digər qurumlarla əməkdaşlığın genişləndirilməsi üzrə mərhələli şəkildə atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.
ATGTİ sədri Pərviz Mirələmli görüş zamanı İdarə heyəti üzvlərini oxuduqları təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri kimi aktiv şəkildə tələbələrin üzləşdikləri çətinliklərin həlli istiqamətində fəaliyyət göstərməyə çağırıb.
İdarə Heyətinin üzvləri öz növbəsində İttifaqın və TGT-lərin faəliyyətlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra təkliflər irəli sürüblər. Xüsusən də İttifaqın və TGT-lərin üzləşdikləri çətinliklər, o cümlədən bəzi  təhsil müəssisələrinin TGT-lərin fəaliyyətinə dəstək olmaması, tələbə problemləri universitet rəhbərliyi qarşısında qaldırılan zaman tələbələrin təzyiqlərə məruz qalmaları və bu kimi neqativ halların aradan qaldırılması istiqamətində bəzi addımların atılması qərara alınıb.
0 0

Oxşar xəbərlər