Təhsil nazirindən peşə təhsili ilə bağlı VACİB AÇIQLAMA
16-02-2021, 16:07
37

Təhsil nazirindən peşə təhsili ilə bağlı VACİB AÇIQLAMA

“Bu il ötən illə müqayisədə 27 faiz daha çox gənc peşə təhsilinə cəlb olunub”.

TehsilXeber.com-un məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.
O bildirib ki, gənclərin peşə təhsilinə marağı onların gələcək iqtisadi gəlirlərinə təsir edəcək amillərdən biridir:
“Bir çox bölgələrdə peşə təhsili ilə bağlı işlər görülür. Bərdə və Cəlilabad rayonlarında peşə təhsili mərkəzləri tikilir, Lənkəran və Bakıda peşə təhsili mərkəzlərinin təməli qoyulub, Mingəçevirdə isə layihələndirmə işlərinə başlanılıb”.
Nazir qeyd edib ki, Azərbaycanın 35 məktəbində peşə təmayüllü siniflərin yaradılması istiqamətində iş aparılır: 
“Yaxın gələcəkdə belə məktəblərin sayının 50-yə çatdırılması olması planda var. Hazırda peşə təhsilinə qəbul prosesi elektron formada aparılır”.
0 0

Oxşar xəbərlər