"Tele-dərslər də bu ilin sonunadək davam edəcək" - Emin Əmrullayev
18-03-2021, 16:33
107

"Tele-dərslər də bu ilin sonunadək davam edəcək" - Emin Əmrullayev

“COVİD-19 pandemiyası 1 ildən artıqdır ki, ölkəmizdə aşkarlanıb. Tədris distant formaya keçildi. Hər kəs ümidli idi ki, pandemiya bitəcək".
 
Sentyabrdın 15-dən hibrid təhsil modelinə başladıq. Daha sonra Vətən müharibəsinin başlaması və düşmən qüvvələrinin atdığı raketlər səbəbindən 1000-dən artıq məktəbdə dərslər dayandırıldı. Fevral ayından yenidən hibrid üsulla tədris bərpa olundu”.
 
TehsilXeber.om xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev şəxsi facebook hesabında “Təhsilin keyfiyyətinə təsir edən amillər” altında olan canlı yayım zamanı deyib.
 
O, distant təhsilin önəmindən də danışdı:
 
“Hazırda ibtidailər üçün əyani hibrid formada tədris davam edir. Tele-dərslər də bu ilin sonunadək davam edəcək. Distant təhsildə inandığım bundan ibarətdir ki, Azərbaycan müəllimləri və şagirdləri vahid paltformada birləşə  bildi.
 
Çətin vəziyyətdə fəaliyyət göstərmiş müəllimlərə və övladlarına dəstək olan valideynlərə təşəkkür edirəm”.






0 0

Oxşar xəbərlər