Təhsil nazirindən MİQ və sertifikasiya prosesi ilə bağlı AÇIQLAMA
18-03-2021, 16:39
348

Təhsil nazirindən MİQ və sertifikasiya prosesi ilə bağlı AÇIQLAMA

“Müəllim hazırlığının məzmunu vacibdir. Müəllimlər gələcəyin çağırışlarına cavab verməlidir. Pedaqoji Universitetinin rəhbərliyi ilə bu barədə söhbətlərimiz olub. MİQ müsabiqəsi şəffaf şəkildə həyata keçirilir. 50000-dən artıq insan hər il MİQ-də iştirak  üçün  müraciət edir. Bu da müəllim nüfuzunun artması ilə bağlıdır”.
 
TehsilXeber.com xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev şəxsi facebook hesabında “Təhsilin keyfiyyətinə təsir edən amillər” altında olan canlı yayım zamanı deyib. Nazir sertifikasiya prosesindən də danışdı:
 
 “Həmçinin ixtisasartırma təlimləri də olduqca vacibdir. Müəllimlərin sertifikasiyanın həyata keçməsi müəllimlik peşəsində keyfiyyətin artmasına səbəb olur. Pandemiya prosesi ləngitsə də , bu, ardıcıllıqla həyata keçiriləcək”.






0 0

Oxşar xəbərlər