Eyni suallara ekiz bacılardan fərqli cavablar - MÜSAHİBƏ
16-04-2021, 00:43
480

Eyni suallara ekiz bacılardan fərqli cavablar - MÜSAHİBƏ

Ötən il XeberBiz.com saytı  Yevlax şəhər 2 saylı tam orta məktəbin direktoru Sədaqət  xanım Şükürova və Kəlbəcər ra 23 saylı köçkün tam orta məktəbin direktoru Həqiqət xanım Şükürovadan müsahibə dərc etmişdi. TehsilXeber.com həmin müsahibəni təqdim edir. 
Qeyd edək ki, bu gün ekiz bacıların dünyaya göz açdıqları gündür.



QISA TANIŞLIQ:
Sədaqət Əvəz qızı Şükürova Gəncə şəhərində anadan olub. Gəncə şəhər M.Müşfiq adina 14 nömrəli tam orta məktəbi və  Gəncə şəhər Uşaq İncəsənət məktəbinin fortepiano şöbəsini fərqlənmə atestati ilə bitirib. 2001-ci ildə Universitetə qəbul olub və 2005-ci ildə universiteti də fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə Kəlbəcər rayon 30 saýlı tam orta məktəbində ibtidai sinif müəlliməsi kimi pedoqoji fəaliyyətə başlayıb. 2017-2018-ci tədris ilində direktor müavini, 2019-cu ildə isə Direktorlarin İşə Qəbul Müsabiqəsində yüksək nəticə ilə fərqlənərək Yevlax şəhər 2 saylı tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunub.

Hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə ikinci ali təhsil alır.

Ailəlidir, 2 övladi var.


                                                                   ****



Həqiqət Əvəz qızı Şükürova Gəncə şəhərində anadan olub. Gəncə şəhər M.Müşfiq adina 14 nömrəli tam orta məktəbini və  Gəncə şəhər Uşaq İncəsənət məktəbinin fortepiano şöbəsini fərqlənmə atestati ilə bitirib. 2001-ci ildə Universitetə qəbul olunub və 2005-ci ildə universiteti də fərqlənmə diplomu ilə bitirib. 2005-ci ildən Kəlbəcər rayon 13 saýlı köçkün tam orta məktəbində ibtidai sinif müəlliməsi kimi pedoqoji  fəaliyyətə başlayıb. Yasayis yeri ilə əlaqədər 2016-ci ildə isini Kəlbəcər rayon 23 sayli köçkün tam orta məktəbinə dəyişib. 2017-2019-cu illərdə Kəlbəcər rayon 23 saylı köşkün tam orta məktəbdə direktor əvəzi, 2019-cu ildə isə Direktorlarin İşə Qəbul Müsabiqəsindən keşərək həmin məktəbə direktor vəzifəsinə təyin olunub.

Hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasında  ikinci ali təhsil alır.

Ailəlidir, 2 övladi var.





- 16 aprel sizin dünyaya gəldiyiniz gündür. Əvvala, sizi doğum gününüz münasibəti təbrik edirik. İlk sualımız elə doğum gününüz ilə bağlıdı. Sizin üçün yaşın üstə yaş gəlməsi nə anlamı verir?

Sədaqət Şükürova: Təşəkkür edirəm! Var olun!

Mənim üçün yaşın üstünə yaş gəlməsi, həyatda təkmilləşmək, türklər demiş ölgünlaşmaq, özünü daha çox dərk etməkdir!

Həqiqət Şükürova: Təsəkkür edirem! Hər yasımın mənim həyatimda bir izi, bir anlamı var. Mən nədənsə 16 aprel tarixini həmişə səbrsizliklə gözləmişəm, sanki mənimçün təqvim dekabrin 31i deyil, aprelin 16si yenilənir. Həyatimda baş verən bütün dəyişiklikləri ad günlərimlə əlaqələndirirəm. O anlamı verirki daha da püxtələşirəm, düşüncələrim dəyişir, həyata baxışım daha da genişlənir, məncə doğurdan da yaşlanıram. Çunki daha məntiqli oluram.. Həmdə agıllaniram.


- Orta məktəbdə oxuduğunuz zaman ən çox hansı qiyməti alırdız?

Sədaqət Şükürova: Həmişə 5 alirdim, amma səmimi etiraf edəcəmki riyaziyyat müəlliməm 10-11-ci siniflərdə mənə 4 qiyməti verdi.

Həqiqət Şükürova: 4-5 qiymətlər almışam. Məktəbimizi çox sevmişəm, bütün müəllimlərim xatirimdədir. Sinif yoldaslarımızla bu günə qədər görüşür, əlaqələrimiz var.


-  Bəs bir 3 və bir 2 rəqəmi sizə bu gün hansı hissləri yaşadır?

Sədaqət Şükürova: Əslində sevincli deyiləm, bu gün nədənsə hüzünlüyəm... Yaşım çoxalir deyə yox! Mənim üçün hər yaşın öz gözəlliyi və öz özəlliyi var. Sadəcə, insanin anasinin, atasinin təbrikini ala bilməməsi və onlarsiz bir dogum günü... Bu məni hər onlarin olmamasi ilə keçən daha da bir il... Biz başqa istəkdə olmusuq... Atamizin anamizin elə yaş dövründə dünyaya gəlmişdik ki, sanki onlar bizimlə cavanlaşmışdılar!

Həqiqət Şükürova: Artiq 30u keçdinsə deməli uşaqlıqda qalıb geridə, sən ancaq məqsədlərin və arzuların uçün daim irəli getməlisən... Mən bu amalnan yaşayıram. Əslində mən atamı itirdiyim gündən təmtək həyatla mübarizə aparmışam. 2006-ci ildən - anamı itirdiyim gündən isə bütün uşaqlıq, yeniyetməlik və gənclik hisslərimi dəfn etmişəm.


- Uşaqlırınızı necə xatırlayırsız?

Sədaqət Şükürova: Biraz sakit, eyni zamanda çilgin... Uşaqligim mənim ən xoşbəxt çaglarım idi...

Həqiqət Şükürova: Çox xöşbəxt və qəlbi kədərli, nisgilli bir uşaqliq.... Yaxşıki bacım olub, bacımla mən həmişə bir yerdə oynamısıq, bir yatmısıq, bir durmusuq, bir acmışıq, bir doymuşuq. Mən nənəmə şox baglı olmusam. 1996-ci ildə nənəmi itirəndə bir uşaq olaraq çox sarsilmisam. Gunlərlə nənəmin bizdə olan çarpayısında yatıb, onun qoxusunu duymuşam. Mən elə uşaqlıqdan sanki yaşlı bir insanın yaşamış olduğu  hisslərlə böyömöşəm. İçimdə bir qorxu hissi olub hər an. Anamı, atamı itirmək qorxusu ilə böyümüşəm. Düşünürdüm ki, atam və anam dünyasın dəyişsələr bizim aqibətimiz necə olacaq. Orta məktəbin 11-ci sinfini bitirənə qədər kukla həvəskarı olmuşam. Bəzən düsünürəm ki, mən nə zaman böyüdüm..?


- Unutmadığınız nə var ki, illər ötsə də onu unuda bilmirsiz?

Sədaqət Şükürova: Çətin sualdir... Unutmaq mənim üçün mümkün deyil.... Uşaqligimın atalı, anal, günlərini bir ömür unuda bilməyəcəm.

Həqiqət Şükürova: Atamı, anamı itirdiyim gun... Heç zaman da unutmayacam... Mənlə məzara qədər gedəcək. Valideyn itkisi elə bir acıdıkı, bir ömür unudulmur.


- Sizin ekiz bacınız var. Ekizlik  həyatınızda sizin üçün hansı hisslər yaşadır?

Sədaqət Şükürova: Möhtəşəm hissdir! Onun varligi mənim xoşbəxtliyimdir! Gücümdür! Onun səsi ilə nəfəs alıram. Bizim acımızda, şirinimizdə birdi. 


Həqiqət Şükürova: Möhtəşəm hisslər... Güzgümdü mənim.... Bu əvəzolunmaz hissi söz ilə ifadə etmək şətindir.


- Elə oubmu ki, sizi ekizinizlə dəyişik salsınlar?

Sədaqət Şükürova: Bəli çox olub. Bir dəfə Kəlbəcər məktəbində şəhidlərimizlə baglı tədbir idi. Həbib müəllim (Asiq Şəmşir Mədəniyyət Ocaginin sədr muavini) həmin tədbirin təşkilatçısı idi, mənə yaxınlasdı və salamlasdı. Mən tanimirdim o zamanlar, odur ki, sual verdimki siz kimsiniz? Dediki ay, Həqiqət müəllimə məni tanımadız? Siz nə yaxsi burdasız?

Həqiqət Şükürova: Bəli, o qədər... Ən şoxda bacımın oğlu.  Bacəmın oğlu balaca olanda 3-4 yaşlarında həmişə bacımın qucağına gəlib yatardı. Ondan başqa heç kimə getməzdi. Biz bir yerdə oturanda isə həmişə gəlib, səhv salardı, gəlib mənə deyirdiki; -  ana yataq.


- Elə olummu ki, bir birinizi qısqanmısız? Yəni atanız Əvəz Şükürov bacınızı sizdən çox əzizləyib və buda sizdə qısqanclıq yaradıb. Olub belə bir hal?

Sədaqət Şükürova: Qətiyyən atamla bagli yox, anamla baglı hərdən hə... Çünki atam mənə daha çox qaygi ilə yanaşardı, anam isə əkizimə. Amma qisqancligim aşırı deyildi.

Həqiqət Şükürova: Yox heç zaman. Atam həmişə,  Sədisi (Sədaqət xanım) seçib, anam da məni. Amma qısqanclıq olmayıb.


- Ölkəmizin tanınmış ictimai və siyasi xadimi olmuş  Əvəz Şükürovdan söhbət düşmüşkən belə suala cavab vermənizi istəyirik. Əvəz Şükürov necə ata olub? Bir cümlə ilə cavab verin, xahiş edirəm.

Sədaqət Şükürova: Mükəmməl! Elə bir cümlə yoxdurki onun atalıgını izah edə bilim! Bu dünyaya bir daha gəlsəm, ancaq onun övladi olmaq istərdim!

Həqiqət Şükürova: Mükmməl ata... Sevdiyim insan...


- Necə hesab edirsiz, atanızın ruhu sizin indiki mövqeyinizdən razıdırmı? 

Sədaqət Şükürova: Atam hər şeydən razi olan insan deyildi... Bəlkədə...

Həqiqət Şükürova: Demək olar ki, mən hər gecə yuxumda atamı görürəm və onun özünün olmadıgı yerlərd ,(Kəlbəcər ziyalılarının tədbirlərində) fəxarətlə Sükürov Əvəz ismini yaşadiramsa, bəli.


- Siz həmçinin Milli Qəhrəman bacısısız. Bu ad sizdə hansı hisslər yaşadır?

Sədaqət Şükürova: Fəxr edirəm!

Həqiqət Şükürova: Qürur duyuram.


- Müəllimlik peşəsini seçməkdə qərar verərkən iki bacı birgəmi qərar verdiz, yoxsa hər ikinizin müəllim olması təsadüfdümü?

Sədaqət Şükürova: Atamin, arzusu, istəyi  idi. Əslində biz həkim olmaq istəyirdik.

Həqiqət Şükürova: Mən təsadüf deyərdim, cünki bizim uşaqliqda ən çox oyunumuz müəllim-müəllim idi. O zamanın ASE kitabları vardı, qırmızı cilidli, bizim sinif  jurnallarımız idi. Qismətdə varmış. Amma ən çox atamın istəyi idi.


- Hazırda isə hər ikiniz də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil alırsız. Buda təsadüfdü, yoxsa birgə qərardı?

Sədaqət Şükürova: Birgə qərarımızdı, bizim arzularimiz da eynidi... Ən əsası, Allahin qisməti. Çünki bu yazini yazan Uca Allahdi!

Həqiqət Şükürova: Birgə qərarımızdi və arzumuz olub. Mən demək olarki, 2005-ci ildən  DIA-da təhsil almağın arzusunda olmuşam. Allaha min şükur!


- Söhbət təhsildən düşmüşkən belə sual da cavab istərdim. Akademiya təhsilini bitirdikdən sonra pedoqoji fəaliyyətinizi davam etdirəcəksiz, yoxsa aldığınız yeni ixtisas üzrə fəaliyyət göstərəcəksiz?

Sədaqət Şükürova: Pedaqoji fəaliyyətim olmasa, yaşaya bilmərəm! İşimi çox sevirəm! Çünki məktəb mənim həyatimdir! Qismət olarsa o sahədə də arzularim reallaşar!

Həqiqət Şükürova: Mənim üçün təhsil həyatım deməkdir. Zəng səsi olmasa, şagirdlər olmasa heyatımı təssəvvür edə  bilmirəm, mənim uğurum təhsildir. Məqsədlər geniş, arzular böyük.. Allahin qisməti var, hər uğurumuzda.


- Bir xanım üçün, həm də cazibədar xanım kimi hər kəsin eyni düşünmədiyi cəmiyyətdə iş qadını olmaq, rəhbər vəzifədə çalışmaq hər hansı çətinlik və ya maneyə yaratmır ki, sizn üçün?

Sədaqət Şükürova: Maneələri səbirlə dözümlə aşıram! Həqiqətən çətindir... Allaha güvənirəm! Əsas odurki əməlim, əqidəm düzdür! Və heç kimin yaninda başım aşagı deyil!

Həqiqət Şükürova: Esla! Mənim əqidəm təmiz olandan sonra kim nə düşünürsə məni maraqlandırmır. Onsuzda məni tanıyan, yəni yaxından bələd olan hər kəs qəlbimi də, əxlaqıma da bələddi.Ona görədə əsla mənim üçün çətinlik yaratmır. Daima irəli!


Ailə və rəhbər vəzifə - bu iki vacıb misssiyanı necə tənzimləyirsiz? Yəni bunlar bir-birinə mane olmur ki?

Sədaqət Şükürova: Qətiyyən mane olmur, tam əksi ailəm mənim dəstəyimdir! Bir sözlə idarəçilik qanda varsa, bacarmaq çətin deyil !

Həqiqət Şükürova: Ailəm həmişə mənə dəstək olub, arzularımın reallaşmasında. 


- Siz həm də anasız. Ailənizdə iki  övlad böyüyür. Onlara yetərincə zaman ayıra bilirsizmi?

Sədaqət Şükürova: Bəli məktəbdə də hər zaman yanımdadırlar, mənə güclü məhəbbətləri var. Övladlarımla dostam, sirdaşam, onlar üçün yaşayiram.

Həqiqət Şükürova: Allahın bu gününə şükür! Övladlarəm tam arzularımdakı  kimidilər. Qaygıkeş, ağıllı, savadlı.... Sadəcə, ovladlarıma çox zaman ayıra bilmirəm. Amma çalısıram həftə sonu onları sevindirim.


- Gənc məktəb direktoru kimi, hər hansı bir çətinliklə rastlaşdıqda kömək üçün kimi yanınızda görmək istərdiz və ya çətinliyə tək başına sinə gəlməyə çalışırsız?

Sədaqət Şükürova: Çox şükür, məktəb direktoru kimi, Təhsil Nazirliyimizə güvənirəm. Operativ komanda var, nə çətinliyim olsa güvənirəm Nazirliyimizin mükəmməl əməkdaşlarına, dəstək olurlar. Amma həyatimdaki bütün çətinliklərimdə atami arzulayiram.... Onun ruhu dayagim olur... Bu gün cənab Prezidentimizin ugurlu gənclər siyasəti dövlətimizdə bütün sahələrdə prioritet istiqamətə çevrilib! Bütün qurumlardan da biz gənclərə dəstək çoxdur! 

Həqiqət Şükürova: Atamı,Anamı. Atam yanımda olsa idi heç bir çətinliyim olmazdı. Belə düşünürəm.... Anam məktəb direktoru olub. Hər zaman ondan dəstək almışam müəllimə olanda. O sağ olsa idi ümumiyətcə heç bir çətinliyim olmazdı.


- Azərbaycan Respublikasının əməkdar müəllimi, tərcübəli təhsil mütəxəssisi bacınız Elmira Şükürovanın məsləhətlərindən yararlandığınız vaxt olubmu?

Sədaqət Şükürova: Bəli, çox olub! Elmira xanım əsil ziyalı, uzaqgörən insandir! Dəyərli məsləhətləri çox olub. Hətta çoxlu danlayib da məni... Hər şeyi bəyəndirmək, onu razı salmaq çətindi! Hər şeyi ölçüsündə, səviyyəli şəkildə görmək istəyir! Bura daxili keyfiyyətlərimlə yanaşı, zahiri və bütün pedaqoji fəaliyyətim aiddir.

Həqiqət Şükürova: Çox olub. Elmira xanım gözəl ziyal, qətiyyətli rəhbər və əsl təhsil fədaisidir. Üç il mənim  müdirüm olub.


- Rəhbərlik etdiyiniz təhsil müəssisəsnə hansı yenilik gətirmisiniz ki, o məhz sizin adınızla bağlıdı? 

Sədaqət Şükürova: Məktəbi təmir elətdirdim, müəssisədə nizam intizam qaydalari yaratdım, bu gün məktəb nəzarət kameralari ilə izlənilir, fəaliyyətsiz olan 4 labaratoriya kabinetini 9 saylı ƏMHM -nin dəstəyi ilə avadanlıqlarla təmin etdirib şagirdlərin istifadəsinə verdim. Digər məktəblərə yerdəyişmə etmiş şagirdlərimiz məktəbə geri qayıdaraq 840 şagird 1066 şagird sayına çatdı, mükəməl pedaqoji və texniki işçilərlə birlikdə əl-ələ çalışırıq, şagirdlərimiz üçün məktəbin foyesində "təkliflər, şikayətlər" qutusu yaratdıq, hər gün məktublarını oxuyuram. Məktəbin kənarı və qarşısında gözəl güllər, agaclar əkdirdim, məktəbin arxasi yaxin ərazidəki evlərin kanalizasiya sularının axıdıldıgı və qamışlıq hissəni təmizlədərək evlərin sistemini borularla kanalizasiya və su xətlərinə qoşdurub həmin hissələrin qurudulmasi üçün torpaq tökdürüb stadion kimi hazir vəziyyətə gətizdirdim. Texniki işçilərini məktəbin ştat sayına uygun bərpa etdim, bu gün hamisi vahid formada işə gəlir. Məktəb qapalı müəssisə oldugu üçün giris qapısında nəzarət otagı yaratdırıb, 2 növbətçi təyin etmişəm, kənar şəxslərin müdaxiləsi yolverilməzdir. Mükəmməl tədbirlər keçirməklə yanaşı, şagirdlərimi rayonumuzun ictimai-mədəni həyatinda iştiraki yüksəlmiş, dərslərini mükəmməl keçirilməsi ilə yanaşı, şagirdlərin bacariq və istedadlari da inkişaf edir, müsabiqələr, rəsm, rəqs, musiqi dərnəklərimiz fəaliyyət göstərir. Bir sözlə bu gün rəhbərlik etdiyim 2 nömrəli məktəb bütün fəaliyyəti ilə müəllimlərində də yüksək həvəs, enerji var. Reallaşdiracaq planlarım çoxdu. Hələki, təyinatım qısa zamandı. Qismət olarsa Azərbaycan Respublikasının təhsil sahəsindəki həyata keçirdiyi bütün islahatlarda yaxından iştirak edəcəyəm.  Ən əsası, məktəb hal hazirda 2 növbədə fəaliyyət göstərir, əvvəllər ancaq bir növbəli idi .Bu qanun çərçivəsində yol verilməz idi. Çünki məktəb həm şəhərimizdə təhsil sahəsində keçirilən tədbirlərə, təlimçilərə ev sahibliyi edir, həmçinin bölünəcək siniflər bölünməli dərsləri, (ingilis dili, rus dili, alman dili , informatika, fiziki tərbiyə) ayri -ayrilıqda tədris olunur! Bunlardan başqa məktəbdə 5 oktyabr müəllimlər günü, fəaliyyət dövrümdən neçə illər əvvəl çalışmanın yaş həddi ilə əlaqədar olaraq işdən ayrılmış bütün müəllimləri məktəbə dəvət edərək, onlari hədiyyələr və bayram proqrami ilə yola salmışam. Bunu rayonda ilk edən mən olmuşam.

Həqiqət Şükürova: Temir elətdirmişəm, maraqlı tədbirlər təşkil etmişəm, ən əsası şagirdlərlə tam səmimi direktor obrazə yaratmışam. Məktəbin bütün şagirdləri məni çox istəyir, tək-tək hamısı fikirlərini, arzularını mənlə bölüsürlər. Artıq 4 ildir direktoram 9 ların nəticəsini 90 faizə, hətta demək olarki,  100 faizə qaldirmışam. Məktəb tamamən nəzarət kameraları ilə təmin olunub, bir sözlə mükəmməl komandaya rəhbərlik edirəm.



- Ölkə miqyasında son illər təhsildə gedən islahatlar təhsilimizin gələcək inkişafına xidmət edirmi? 

Sədaqət Şükürova: Bəli! Bu gün ölkəmizdə bütün sahələrdə əsaslı islahatlar gedir. Amma ən əsası təhsil sahəsindədir. Cənab Prezidentimizin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasinda qarşıya qoydugu istiqamət, hədəf və tədbirlər demək olarki, 90 faiz reallaşmışdır!

Həqiqət Şükürova: Bəli. Bizim Nazirlik mükəmməl komandası ilə təhsilimizin inkisafına böyük töhfələr vermiş və mən Nazirliyimizin bütün əməkdaşlarına xüsusi hörmət və ehtiramımı bildirirəm!


- Şagirdlərin repetiror yanına getməsi hallarına necə baxırsız?

Sədaqət Şükürova: Təhsil prosesınə mane olmasa pis baxmiram.

Həqiqət Şükürova: Hələki təhsilimizdə bunun qarşısı heç cür alınmır. Lakin mən inanıramki məhz repetitorluğa sərf edilən vaxt məktəblərdə təmin olunacaq.


- Gənc pedaqoq kimi, orta məktəblərdə şagirdlər arasında aparılan vətənpərvərlik təbliğatı sizi qane edirmi? Etmirsə nələr təklif edərdiz?

Sədaqət Şükürova: Bəli məktəblər daha da yaxşısını etməyə çalışır. Əsas istiqamətləndirməkdi və o ruhda tərbiyəyə çalışmaqdı.

Həqiqət Şükürova: Bəli qane edir, bu sahədəki fəaliyyəti qane edici hesab edirəm.


- Qız uşaqların erkən ailə qurmalarına necə baxırsız?

Sədaqət Şükürova: Çox pis baxıram. Mən bu tendesiyanı  qəbul etmirəm. Haci Zeynalabdin Tagiyev demişdir: "Təhsili qizlarımıza verin. Şünki, oglanlar fəhləlik də edib çörək qazana bilər!"

Həqiqət Şükürova: Çox pis... Mənim düşüncəm budur ki, həyatda hər şeyin öz zamanı var. Təhsil almaq, ailə qurmaq bunların hər ikisi öz zamanında olmalıdır.


- Övladlarınızı gələcəkdə necə bir insan kimi görmək istəyirsiz?

Sədaqət Şükürova: Vətənimizə, dövlətimizə, xalqımıza yararlı, düzgün əqidəli, şərəfli və ən əsası vicdanlı!

Həqiqət Şükürova: Ən əsası dövlətimizə, millətimizə xeyrli, əməli saleh övladlar olsunlar!


- Bu gün dünyanı bürüyən koronavirus bəlası Azərbaycandan da yan keçmədi. Bu səbəbdən ölkəmiz onlayin təhsil sisteminə keçdi. Bu günlərdə məktəb divarları üçün darıxmamısız?

Sədaqət Şükürova: Hədsiz darıxmışam. Amma bir Azərbaycanlı gənci kimi cənab Prezidentimizin çagrışına qoşulmaq, saglamlıgımızı qorumaq mənim borcumdu.

Həqiqət Şükürova: Çox darıxmışam. Allah, möhtərəm Prezidentimiz Ilham Əliyevi, birinci  vitse prezidentimiz Mehriban xanım Əliyevanı qorusun! Onlarin uğurlu siyasəti nəticəsində bu gün bizlərin sağlamlığımız tam qarantdadır. Biz xöşbəxt xalqıq, ki bizim elə güclü rəhbərimiz var.


- Şagirdlərinizin onlayın təhsil proqramına necə əməl etmələrinə nəzarət edə bilirsizmi?

Sədaqət Şükürova: Bəli, bütün dərs proseslərini izləyirəm. Şagirdlərlə, müəllimlərlə və valideynlərlə mütəmadi əlaqə saxlayıram.

Həqiqət Şükürova: Bəli, hər gün mütamadi nəzarət edirəm. Sag olsun müəllimlərimiz, bu arada öz işlərinin öhdəsindən layiqincə gəlməyi bacarırlar.


- Bu gün doğum gününüzü qeyd etməkdə koronavirus mane olacaqmı? 

Sədaqət Şükürova: Bəli, mane olur. Əzizlərim, dogmalarımla görüsə bilmirəm, əsas da əkizimin yanında deyiləm. Bu hala üzülsəm də, ancaq inanıram ki, tezliklə buda keçib gedəcək.

Həqiqət Şükürova: Allaha şükür onlayn ad günü keçirmək daha möhtəşəmdir. Bunun da öz ləzəti var (Gülür). Ən əsası can sağlığımizdir.  Mən 2012-ci ildən doğum günlərimi qeyd etmirəm. Ad günümü həmişə məktəbdə müəllimələrim otağımı bəzəyib mənə sürpriz edirlər. Bilirlərki mən şarları çox sevirəm. Mən doğum günlərimi  2012-ci ildən sonra ancaq məktəbdə yad elemışəm. Birdə özlüyümdə xəyal etmişəm anamı və atamı yanımda...


- Qədim el məsəlində deyilir ki "Gözəllik qadın üçün başa bəladır." Son zamanların dəmdə olan məsəli isə "Dünyanı gözəllik xisas edəcək" sözüdür. Siz necə düşünürsüz, gözəllik qadına ən çox uğur gətirir, yoxsa uğursuzluq?

Sədaqət Şükürova: Çətin sual oldu... Bir deyimdə varki, insan pul istəsə qazana bilər, iş istəsə əldə edər, amma gözəllik Allahin sevdiyi bəndələrinə vergisidi! Hər ikisi ola bilər, qismət deyərdim! Ugur və ugursuzluq ən çox insan dogulanda Allah tərəfindən verilən şansa baglıdı.

Həqiqət Şükürova: Məmməd Aslanın hər zaman bir məsəli vardI; gözəlin bəxti çirkin olur, deyərdi. Gözəlin bəxti elə üzü kimi də gözəl olur!!! Mənə uğur gətirib gözəllik  hər zaman. Əsas ağıldı, gözəllik ağılnan vəhdətdə olanda hər zaman uğur gətirir.


- Sizcə insan, xüsusi ilə qadın sevmədən yaşaya bilərmi?

Sədaqət Şükürova: Sevgi həyatin mənasıdır... Övlada sevgi, ailəyə sevgi, vətənə sevgi! Bütün xoşbəxtliklər elə sevgi üzərində qurulmayıbmı?

Həqiqət Şükürova: Məncə əsla... Sevgisiz qadın qurumuş, solmuş gülə bənzər...



- Qadın xöşbəxtliyi əsasən nədə axtarmalıdı?

Sədaqət Şükürova: Xoşbəxtlik gözəl ailə, saglam övlad, mükəmməl karyeradir!

Həqiqət Şükürova: Ailəsində və peşəsində.



- Elə bir sual gözləyirdizmi, mən o sualı sizə vermədim.

Sədaqət Şükürova: Bəli. Gözlədiyim sual bu idi; Bu gün məktəb direktorusuz, fəaliyyətiniz qənaətbəxş hesab olunmazsa və işinizdən uzaqlaşdirilsaniz necə edərsiniz? Bundan sonraki həyatiniza necə düzən verərdiniz? 

- Elə isə, həmin suala cavab verin...

Mən həyatimi məktəbsiz təsəvvür edə bilmirəm! Həyatım deyilən heç nəyim qalmaz! Mən zəng səsində yaşayiram, şagirdlərimlə xoşbəxtəm! Təbii ki, vəzifə daimi deyil.

Həqiqət Şükürova: Mən həyata yenidən gəlsəm ancaq Həqiqət Şükürova olmaq istərdim.


- Müsahibəni poetik notlarla bitirmək istəyirəm. Odur, ən çox sevdiyiniz bir şer parçasın söyləyin. Öz yazdığınız şer ola bilər. Əgər şer yazırsızsa...

Sədaqət Şükürova: El bilirki sən mənimsən! 

Yurdum-yuvam məskənimsən! 

Anam dogma vətənimsən! 

Ayrılarmı könüldən can! 

Azərbaycan! Azərbaycan!

Bir şer də doğma Kəlbəcərim barəsində demək istərdim;

Ulu Tanrım mənə yar ol! 

Kəlbəcərə səfərim var.

Nə uçmaga qanadım var, 

Nədə köhlən kəhərım var! 

Bir qanadlı quşa döndər! 

Dagda köklü daşa döndər, 

Bircə damla yaşa döndər!

Bilim şanlı zəfərım var! 

Nə zamandır ürəyimdə, 

Həsrətim var, kədərim var. 

Ulu Tanrım mənə yar ol1 

Kəlbəcərə səfərim var! 

Dədə Şəmşirin yurduna, 

Qayitmaga hünərim var!

Həqiqət Şükürova: Cox sevdiyim sair Yusif Huseynden gəlsin;

Təməlindən nur paylayıb, yolumuzda duran Odu,

Nəbzi bizim nəbzimizlə, döyünən O, vuran Odu... 

Öyrənən O, öyrədən O, Yer üzündə quran odu,

Hikmət dolu nurlu kənddi, şəhərdi, müəllimin ömrü...

O bir örnək məktəbidir, təbiətin, cəmiyyətin... 

Açar min bir mənasını, gizli qalan hər hikmətin... 

Həkimi O, hakimi O,..şagirdi O, bu sənətin... 

Elmin ulu zirvəsində, Gövhərdi müəllimin ömrü...


- Ünvanladığım bütün sualların hər birinə səmimi cavab verdiyinizə görə saytımız adından sizə dərin təşəkkürümü bildirirəm. Bir daha doğum gününzü təbrik edir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar və hər zaman belə çalışqan, belə enirjili, belə şux, belə gözəl qalmanızı arzu edirik. Uca Yaradanın mərhəməti hər zaman sizə yol yoldaşı olsun!

Sədaqət Şükürova: Mən sizə təşəkkür edirəm! Var olun! ALLAH sizi qorusun! Çox sağ olun!

Həqiqət Şükürova: Mən bu qədər gözəl, səmimi söhbət üçün sizə minnətdaram. Diqqətinizə və xoş arzularınıza görə çox sağ olun!


Müsahibəni hazırladı: Etibar Toğrul
0 0

Oxşar xəbərlər