I sinif uşaqlarının qeydiyyatı hansı formada aparılacaq? - RƏSMİ
20-04-2021, 13:07
52

I sinif uşaqlarının qeydiyyatı hansı formada aparılacaq? - RƏSMİ

“I sinfə qəbul elektron formada olacaq. Aprelin 27-si saat 11:00-dan elektron qeydiyyat, aprelin 29-u saat 11:00-dan isə məktəb seçiminə başlanılacaq”.

TehsilXeber.com-un məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib. 
Onun sözlərinə görə, elektron sistemdə qeydiyyat valideyn və ya uşağın qanuni nümayəndəsi tərəfindən aparıla bilər: 
“Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların cari il üçün artıq elektron kabineti mövcuddur, yəni yeni şəxsi kabinet açmağa ehtiyac yoxdur. Ölkədə davam edən pandemiya şəraitinə görə I sinfə qəbulu üçün müsahibələr onlayn aparılacaq. Bu, həm məktəbəhazırlıq qruplarına cəlb olunan, həm də cəlb olunmamış uşaqlar aiddir”.
0 0

Oxşar xəbərlər