Rayon Təhsil Şöbəsinin müdiri həbs edildi
26-04-2021, 13:00
1 418

Rayon Təhsil Şöbəsinin müdiri həbs edildi

Şəmkir Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

TehsilXeber.com-un əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində icra başçısının sabiq birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.
Əlavə məlumat veriləcək.
0 1

Oxşar xəbərlər