Məktəb direktorunun rüşvət alması iddiası ilə bağlı araşdırma başladı
5-05-2021, 16:42
294

Məktəb direktorunun rüşvət alması iddiası ilə bağlı araşdırma başladı

Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın işə düzəltmək adı ilə külli miqdarda rüşvət aldığı iddia edilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, direktor pul alandan sonra həmin şəxsləri işə düzəltməyib.
Pulu qaytarmaqdan imtina edən direktorla həmin şəxslər arasında dəfələrlə qalmaqal yaşanıb. 
Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Qurumdan bildirilib ki, məsələ barədə araşdırma aparılır:
“Təhsil Nazirliyinin əməkdaşları tərəfindən söylənilən faktlarla bağlı Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbdə araşdırma aparılıb və müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.
0 0

Oxşar xəbərlər