DİM sədri abituriyentlərə müraciət etdi: “1-ci cəhddə imtahan verin”
26-05-2021, 12:52
54

DİM sədri abituriyentlərə müraciət etdi: “1-ci cəhddə imtahan verin”

“Koronavirus pandemiyası ilə əlaqədar respublikamızda yaranmış sanitar-epi­demioloji vəziyyətdən asılı olaraq qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməyəcəyi hələ bəlli deyil”.

Bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
DİM sədri bildirib ki, bu barədə əlavə məlumat qurumun internet səhifəsində veriləcək:
“Bu ehtimalı nəzərə alaraq abituriyentlərin 1-ci cəhddə iştirakı tövsiyə olunur”.
0 0

Oxşar xəbərlər