Müəllim işləmək üçün imtahan verən şəxslərdən COVID-19 sənədi tələb olunacaq?
4-06-2021, 15:38
29

Müəllim işləmək üçün imtahan verən şəxslərdən COVID-19 sənədi tələb olunacaq?

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 pasportu tələb edilməyəcək.

Bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı hər hansı bir sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən müvafiq məlumat veriləcək. 
0 0

Oxşar xəbərlər