Ucqar Kənd Məktəblərini Tanıyaq
18-09-2020, 10:17
145

Ucqar Kənd Məktəblərini Tanıyaq

Quba rayonu Famil Bayramov adına Qarxun kənd ümumi orta məktəbi

TehsilXeber.com  Quba rayonu Famil Bayramov adına Qarxun kənd ümumi orta məktəbi haqqında ümumi məlumatı təqdim edir:

▪️Qarxun kəndi rayon mərkəzindən 78 km məsafədə, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir.Hündürlüyə görə əməkhaqqıda 20%(stavkanın 20%-i) əlavə pul verilir. Kəndə qədər olan yolun 40 km-lik hissəsi yeni salınmış asvalt yol, qalan hissə isə daşlı və torpaq örtüklü yoldur. Qışda qarlı günlərdə belə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilmir.

▪️Kəndə xüsusi marşrut xətti ayrılmayıb, amma kənddən rayon mərkəzinə getmək üçün UAZ və NİVA markalı maşınlar hərəkət edir. 10 nəfərlik sərnişin UAZ-ı və kənd sakinlərinin şəxsi maşınları ilə rayona gedib gəlmək mümkündür.Kənddən çıxış səhər saat 6-7 arası, kəndə qayıtmaq isə günorta saat 12-14 arası( qış aylarında) və 15-18 arası ( yay aylarında) olur.Kəndə gedən maşınlar "Birja" adlanan ərazi ilə Bazarın kəsişməsində "Vüsal" restoranının qabağında dayanır

▪️Qarxun kəndinin əhalisi 600-700 nəfər təşkil edir və milliyətcə Azərbaycan türkləridir. Əhali əsasən köçəri heyvandarlıq( yaylaq və qışlaq) və qismən də arıçılıqla məşğuldur.

▪️Kəndə mavi yanacaq xətti çəkilməyib. Yanacaq kimi odundan, qoyun və mal təzəyindən istifadə olunur.Odunu almaq üçün aidiyyatı orqana müraciət etmək lazımdır. Kəndin elektrik xətləri yeni olmasa da, güclü küləkləri nəzərə almasaq daimi işıq olur.

▪️Qarxun kənd ümumi orta məktəbinin köhnə binası 1973 - cü ildə tikilib. 2019-cu ildə cənab Prezidentin verdiyi sərəncama əsasən 56 yerlik müasir modul tipli məktəb binası tikilərək istifadəyə verilmişdir.

▪️Məktəbin istilik sistemi müasir tiplidir( kombi).

▪️Şagird sayı 45-50 nəfər təşkil edir.

▪️Müəllim kontingenti 12 nəfərdən ibarətdir.
Yalnız İRM vakansiyaları açıq elan etdikdən sonra qeyd ediləcək.

▪️Məktəb direktoru Bilalov Nail Alim oğlu 1973-cü ildə Qarxun kəndində doğulmuşdur.2014-cü ilə qədər məktəbdə müəllim, həmin ildən etibarən isə direktor olaraq çalışır.Nail müəllim məktəb kollektivinin, şagirdlərin və kənd camaatının sevimlisidir.

Qeyd: İkinci iş yeri düşünən müəllimləri ən çox maraqlandıran sualın qonşu kəndlərin hansı olması və o kəndlərdə paralel işləyə bilməsi üçün məsafənin əlverişli olmasıdır.

Qarxun kəndinə qonşu 2 km-likdə yerləşən Rük kənd ümumi orta məktəbi və 8 km məsafədə yerləşən Söhüb kənd ümumi orta məktəbidir. Onu da vurğulayaq ki, Qarxun kəndinə müvafiq olaraq Söhüb və Rük kəndlərinin ərazisindən keçilərək gedilir.






Oxşar xəbərlər