Ucqar Kənd Məktəblərini Tanıyaq
9-09-2020, 08:00
235

Ucqar Kənd Məktəblərini Tanıyaq

Quba rayon Cimi kənd tam orta məktəbi.
●Cimi kəndi rayon mərkəzindən 56 km məsafədə, dəniz səviyyəsindən təqribən 1300 metr yüksəklikdə yerləşir. Kəndə qədər olan yolun 50-53 km hissəsi yeni salınmış asvalt yol, digər hissəsi isə xırda daşlı yoldan ibarətdir. Vəlvələ çayının bir qolu sayılan Cimi çayı kəndi iki hissəyə ayırır. Çayın Cimi kəndindən keçən hissəsində körpü olmadığından əsasən yaz aylarında (buzlar əriyərkən) sel gəlir. İstənilən fövqəladə vəziyyətdə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilmir.
●Kəndə xüsusi marşrut xətti olmadığından kənd sakinlərinin şəxsi UAZ, NİVA markalı avtomobilləri ilə hər gün hərəkət olur. Kənddən çıxış: səhər saat 6-7 arası, kəndə qayıtmaq üçün "Köhnə avtovağzalın arxası" adlanan ərazidən günorta saat 12-14 aralığında baş tutur. Yaz aylarına qədər çaydan keçib gəlmək çox rahat olduğundan digər markalı avtomobillər də rahat hərəkət edə bilir.
●Kənd əhalisi 700-800 nəfər təşkil edir. Əhali milliyyətcə Tatdır. Əhali əsasən kənd təsərüfatı və maldarlıqla məşquldurlar.
●Kəndə mavi yanacaq xətti çəkilməyib. Yanacaq kimi odundan istifadə olunur. Odunu almaq üçün isə aidiyyatı orqana müraciət etmək laızmdır. Elektrik xəttləri yenilənib və daimi işıq olur.
●Cimi kənd tam orta məktəbi 1936-cı ildən fəaliyyətə başlayıb. 2018ci ildə cənab prezidentin verdiyi sərəncamına əsasən 80 şagirdlik modul tipli bina tikilərək istifadəyə verilib.
●Məktəbin istilik sistemi müasir tiplidir (kombi).
●Şagird sayı 70-80 nəfər təşkil edir.
●Müəllim kontingenti hazırda 13 nəfərdən ibarətdir.
●Hal hazırda məktəb üzrə vakantlar:
Yalnız İRM vakansiyaları açıq elan etdikdən sonra qeyd ediləcək.
●Məktəb direktoru Məmmədov Rəfael Adil oğlu 18 aprel 1988 tarixində Qonaqkənd qəsəbəsində doğulub. 2014-cü ildən Cimi kənd tam orta məktəbində fizika müəllimi və Tərbiyə işləri üzrə təşkilatçı müavin, 2017-ci ildən isə direktor olaraq çalışır. Gənc olmasına baxmayaraq bütün məktəb kollektivinin, şagirdlərin və kənd sakinlərinin hörmət və rəğbətini qazanmışdır.
QEYD: İkinci iş yeri düşünən müəllimləri ən çox maraqlandıran sualın qonşu kəndlərin hansı olması və o kəndlərdə paralel işləyə bilməsi üçün məsafənin əlverişli olmasıdır.
Cimi kəndinə qonşu, tam orta məktəbi olan Qonaqkənd qəsəbəsidir. Cimi yolu rayon mərkəzindən gələrkən kəndin içindən keçir. Qonaqkənd qəsəbəsi Cimidən təxminən 8-10km məsafədə yerləşir.






Oxşar xəbərlər