Texnologiya Müəllimləri üçün sınaq sualları - Özünüzü yoxlayın
21-12-2020, 10:34
1 096

Texnologiya Müəllimləri üçün sınaq sualları - Özünüzü yoxlayın

İxtisas: Texnologiya
 
                                                         Suallar
 
1)-Bu furnitur tərpənməzdir,lakin söküləndir.
     -Quraşdırmaq üçün heç bir əlavə dəliyin açılmasını tələb etmir.
A) Vintli bərkitmə
B) Mebel künclüyü
C) Çaşka həncama
D) Ekssentrik bərkitmə
E) Şkantlarla birləşmə
2) Müasir paltaryuyan maşınlar dəqiqədə neçə dövr ilə işləmə sürətinə malikdirlər?
A) 1000
B) 1500
C) 2000
D) 3000
E) 3500
3) İpək məmulatlar üçün ütü altlığının temperaturu nə qədər olmalıdır?
A) 110 °C
B) 30-45 °C
C) 150 °C
D) 200 °C
E) 210 °C
4) Konservləşdirmənin hansı üsulu açıq havada,küləkdə və vakuumda həyata keçirilir?
A) Hisəvermə
B) Sterilləşdirmə
C) Qaxacedilmə
D) Qurudulma
E) Qıcqırtma
5) Spesifikasiyanın ən sadə forması nədir?
A) Çertyoj
B) Miqyas
C) Ölçü
D) Materialın adı
E) Əsas yazı
6) Balıq yeməklərinin ən geniş yayılmış növü hansıdır?
A) Qızardılma
B) Pörtlətmə
C) Qaynadılma
D) Buğda bişirilmə
E) Sobada bişirilmə
7) Başlıqdan və vintşəkilli mildən ibarət olan bərkidici detaldır:
A) Mismar
B) Mil
C) Şurup
D) Vint
E) Qayka
8) Hansı hörmə iki iplə hörmə də adlanır?
A) Paralel hörmə
B) Xaçvarı hörmə
C) İlgəklərlə hörmə
D) Qarşıya hörmə
E) İynəyəbənzər hörmə
9) Dəlici yeyənin bir gedişində götürülən qatın qalınlığı neçə mm-dir?
A) 0,2-0,5 mm
B) 0,1-0,3 mm
C) 0,005-0,01 mm
D) 2-3 mm
E) 0,5-0,6 mm
10) Hansı mebel furnituru şkafların,masaların və tumbaların qapılarını bağlamaq üçün nəzərdə tutulmuşdur?
A) Maqnit saxlayıcıları
B) Dəstəklər
C) Künclüklər
D) Kipləşdiricilər
E) Qıfıl dilciklər və qıfıllar
11) Meyvəli un məmulatlarında bol miqdarda hansı vitamin var?
A) D vitamin
B) C vitamin
C) E vitamin
D) A vitamin
E) B vitamin
12) Dederon parçalar hansı liflərdən istehsal olunur?
A) Poliamid
B) Poliefir
C) Asetat və üçasetat
D) Viskoz
E) Elastan
13) Detalın konturu xətlərin hansı növünə aiddir?
A) Ştrixli
B) Bütöv nazik
C) Ştrix-nöqtəli
D) Bütöv əsas
E) A və B
14) Aşağıdakılardan hansı mexaniki bıçqının quruluşuna aiddir?
A) Qulaqlı qayka
B) Ştiftlər
C) Xortum
D) Çərçivə
E) Tərpənməz başlıq
15) -Bir neçə detalın tez və dəqiq nişanlanmasına imkan verir.
        -Fanerdən və ya istənilən bərk materialdan hazırlanır.
        -Eyni ölçülərlə hazırlanmış detal formasıdır.
A) Karandaş
B) Bölgüləri olan xətkeş
C) Günyə
D) Pərgar
E) Ülgü
16) 1.Ətçəkən maşın                      I-XIX əsrin axırları
        2.Fen                                        II-XIX əsr
        3.Elektrik ütüsü                      III-XX əsr
A) 1-II,2-III,3-I
B) 1-III,2-II,3-I
C) 1-II,2-I,3-III
D) 1-I,2-II,3-III
E) 1-I,2-III,3-II
17) Çox incə və dəqiq oyma işləri üçün hansı ağacın oduncağı olduqca qiymətli xammal hesab edilir?
A) Tozağacı
B) Cökə
C) Qızılağac
D) Ağcaqovaq
E) Küknar
18) Yaşıl unu hansı aylarda hazırlayırlar?
A) Mart-aprel
B) Yanvar-fevral
C) İyun-iyul
D) May-iyun
E) Oktyabr-noyabr
19) Əlvan metallar neçə dərəcəlik bucaq altında emal edilir?
A) 60
B) 45
C) 35-40
D) 45-60
E) 45-50
20) Suqarışdırıcı kranın hissələrini müəyyən edin:
1.Gövdə                             2.Çanaq                            3.Ventilli başlıq
4.Boşaldıcı mexanizim     5.Su axan boru
A) 1,2,5
B) 1,4,5
C) 2,3,4
D) 2,3,5
E) 1,3,5
21) Doğru danışmağa meyl göstərmək,doğrunu sevməkdir:
A) Səmimilik
B) Tələbkarlıq
C) Ləyaqət
D) Düzgünlük
E) Diqqətlilik
22) Əl və elektrik drellərində hansı ötürmədən istifadə olunur?
A) Zəncir ötürməsi
B) Qayış ötürməsi
C) Dişli-tamasalı ötürmə
D) Vintli ötürmə
E) Dişli ötürmə
23) Müsbət (+) və mənfi (-) qütb hansı xətlərlə təsvir edilir?
A) Qalın,qısa
B) Uzun,qısa
C) Uzun,qalın
D) Ştrixli,nazik
E) Qısa,əsas
24) Taxta nədir?
A) Eni və qalınlığı 100 mm-dən çox olan mişar materialıdır.
B) Şalbanın mişarlanmış yan hissəsidir.
C) Qalınlığı 100 mm-ə qədər və eni qalınlığından ikiqat artıq olan mişar materialıdır.
D) Qalınlığı 100 mm-dən az və eni qalınlığından iki dəfə az olan mişar materialıdır.
E) Şalbanı uzununa yarıya mişarladıqda alınır.
25) Əgər sökülmüş hissə kiçikdirsə və əl altında tikiş maşını yoxdursa,maşın tikişi əvəzinə hansı tikiş qoyulur?
A) Əl ilə iynəarxası tikiş
B) Əl ilə iynəqabağa tikiş
C) Xaçvarı tikiş
D) Gizli basdırma
E) Ziqzaqşəkilli tikiş
26) Təmiz yonma,dirəklərin,çıxıntıların hamarlanması və detalların kəsilməsi üçün hansı iskənədən istifadə edilir?
A) Qarmaqlı iskənə
B) Yastı iskənə
C) Girdə iskənə
D) Çəp iskənə
E) Düzbucaqlı iskənə
27) Mütləq quru oduncağın tərkibi hansı elementlərdən ibarətdir?
A) Karbon,oksigen,natrium,azot
B) Oksigen,hidrogen,natrium,berillium
C) Hidrogen,azot,kükürd,karbon
D) Kükürd,natrium,karbon,hidrogen
E) Karbon,oksigen,hidrogen,azot
28) Əgər parça çox saçaqlanıbsa,hansı tikişlə sırıqlanır?
A) Böyük məsafəli enli tikişlər
B) Kiçik məsafəli enli tikişlər
C) Böyük məsafəli sıx tikişlər
D) Kiçik məsafəli sıx tikişlər
E) Heç biri
29) Yarığı mişarlayanda bıçqı xəttin hansı tərəfində olmalıdır?
A) İç tərəfində
B) Çöl tərəfində
C) Kənar tərəfində
D) Çöl və iç tərəfində
E) Yan tərəfində
30) İp iki ucdan götürülür və ortasına 3 muncuq dənəsi keçirilir,4-cü muncuq qarşıya hörmə üsulu ilə bərkidilir,sonra ipin ucları dartılır.
A) Sadə zəncir düzməsi
B) Paralel hörmə
C) Xaçvarı hörmə
D) İlgəklərlə hörmə
E) İynəyəbənzər hörmə
                                   Cavablar
1)B                            11)B                            21)D
2)C                            12)A                            22)E
3)A                            13)D                            23)B
4)D                            14)C                            24)C
5)E                             15)E                           25)A
6)B                             16)C                           26)D
7)C                             17)A                           27)E
8)B                             18)D                           28)B
9)A                             19)C                           29)A   
10)E                           20)E                           30)C
 
 
 
 
 
 
 
 
 
 
 
                                                               Hazırladı: Könül Ağayeva
1 0

Oxşar xəbərlər