Qadın müəllim şəhid şagirdinin adına bulaq tikdi
16-06-2021, 09:36
288

Qadın müəllim şəhid şagirdinin adına bulaq tikdi

Azərbaycanda qadın müəllim Vətən Müharibəsində şəhid olan şagirdinin adına bulaq inşa edib.

TehsilXeber.com
xəbər verir ki, Şəhid Valeh Bədəlovun adını daşıyan bulaq Zaqatala rayonu Aşağı Tala kənd 3 saylı orta məktəbin həyətində tikilib.
Həmin məktəbin müəllimi Xanım Həsənova öz əlləri ilə inşa etdiyi bulağa Vətən Müharibəsində qəhrəmancasına şəhid olan şagirdi, Xüsusi Təyinatlı Qüvvələrin baş-leytenantı Valeh Bədəlovun adını verib.

Bulağın açılışına rayon rəhbərliyi və şəhidin ailə üzvləri də qatılıb.

Qeyd edək ki, Valeh Vahid oğlu Bədəlov 10 oktyabr 1990-cı ildə Zaqatala rayon Aşağı Tala kəndində anadan olub. Vətən Müharibəsində fəal iştirak edən V.Bədəlov Fizulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

0 0

Oxşar xəbərlər