“Atalar Günü” münasibətilə bütün ataları təbrik edirik!
20-06-2021, 21:43
180

“Atalar Günü” münasibətilə bütün ataları təbrik edirik!

Hər il iyun ayının üçüncü bazar günü dünyada «Atalar Günü» kimi qeyd edilir.

“Atalar Günü” ataları qeyd etmək və hörmət etmək üçün keçirilir. Bu günün ənənəsi ilk dəfə 1914-cü ildə ABŞ -ın 28- ci prezidenti Vudrou Vilsonun may ayının ikinci bazar gününü “Analar Günü” kimi elan etməsindən sonra qeyd olunmağa başladı. 
   Öz xoşbəxtliyindən daha çox övladının xoşbəxtliyi ilə xoşbəxt ola biləcək kəs – atadır. Bu günün  rəmzi –  qızılgüldür. Qırmızı çiçəklər bu dünyada yaşayan atalara təqdim edilir, ağ çiçəklər isə dünyasını dəyişmiş ataların məzarı üzərinə qoyulur.
  Deyilənə görə, atalara itaət - Allaha itaət, ataya üsyan - Allaha qarşı üsyan deməkdir. Əslində ilin hər günü atalar və analar günü olmalıdır. Övladlar olaraq hamımız onların dəyərini daha çox bilməliyik. Onlar bizimçün canından belə keçməyə hazır, bizimlə üzülüb, bizimlə sevinən ən gözəl varlıqlardır. Önlar atamız və anamızdır! Valideynlərimiz həmişə diqqətimizdə olmalıdırlar. Sağlıqlarında qədrlərini bilək, onlara daima daha çox zaman ayıra bilək! Onlar yaşımızın sonunadək bizi daima, təmənnasız, olduğumuz kimi sevən tək varlıqlardılar. Gəlin atalarımızı təbrik etməyi unutmayaq!
   Dünyasını dəyişmiş atalarımızın ruhuna Allahdan rəhmət diləyirəm.
  "Atalar Günü" münasibətilə bütün ataları təbrik edirəm. Övladlara isə mutluluq, uğur və əməlləri ilə atalarını sevindirməklərini arzulayıram!
   Allah bütün atalara uzun ömür yaşamağı nəsib etsin!
   Vətən uğrunda şəhid olan qəhrəmanlarımız və onların ataları başda olmaqla bütün ataların "Atalar Günü" mübarək olsun!

i.f.d. Ruhiyyə Hüseynova
Mingəçevir Dövlət Universiteti
1 0

Oxşar xəbərlər