"44 günlük Vətən savaşının qürurlu anları" - "Şərəf və qeyrət nümunəsi kimi..."
18-12-2020, 08:27
173 829

"44 günlük Vətən savaşının qürurlu anları" - "Şərəf və qeyrət nümunəsi kimi..."

TehsilXeber.com təhsil Portalı və Təhsil Forumu - 2020 Facebook qrupu "44 günlük Vətən savaşının qürurlu anları"  rubrikası çərçivəsində növbəti məqaləni təqdim edir:

Müharibə!
Minlərlə ailənin evsiz-eşiksiz, başsız qalmasına səbəb olan müdhiş bir hadisə. Fikirləşəndə ki, bu müharibəyə 28 ildən çox bir müddətdə həsrətində olduğun torpaqlarına qovuşduracaq, yaralı qalan anaların, ataların yarasına su səpəcək, onda bu müharibə artıq haqq savaşına çevrilir.

      44 günlük Vətən savaşi!. 28 ilə yaxın bir vaxtda gözlədiyimiz, arzuladığımız, bizi Bütöv Azərbaycana qovuşduran haqq  savaş. Vətənimizin azadlığı, müqəddəs torpaqlarımızin toxunulmazlığı naminə canından keçən oğul və qızlarımız hər zaman xalqımızın qəlbində əbədi olaraq yaşayır, qəhrəmanlıq, şərəf və qeyrət nümunəsi kimi gələcək nəsillərə örnək kimi təqdim olunur. Tarixin bütün dövrlərində, doğma yurdumun başı üzərini qara buludlar alanda məhz bu qəhrəman və cəsur Vətən övladları öz sinələrini düşmənə sipər etdi, millətimizin qəhrəmanlıq salnaməsində şanlı səhifələr yazdılar. Bu cür qəhrəmanlar bizə qürurlu anlar yaşatdilar. Düz 30 ildən sonra yaralı torpaqlarımizin yarasına məlhəm oldular. Yarali Qarabağımızın 28 illik ağrılarına, acılarına dərman oldular. 28 ildən sonra işğalda inildəyən, düşmənlərin mundar ayaqları altında tapdanan, əzilən torpaqlarımız axır ki, rahat nəfəs ala bildi.
Üçrəngli, ay-ulduzlu bayrağımiz hər işğaldan azad olunan müqəddəs torpaqlarımızda dalğalananda hər bir Azərbaycanlı qürur hissi keçirirdi. Cunki, 44 günlük zəfər savaşı bizi Bütöv Azərbaycana qovuşdurdu. Bu qalibiyyət savaşının xoşbəxt sonluqla bitməsində qanını, canını bu torpağa fəda edən 2783 müqəddəs ruhun qarşısında baş əyirik. 44 günlük Zəfər savaşında qolunu,ayağını,gözlərini qurban verərək qalibiyyətimizin şirnisini bizə yaşadan qazilərimiz! Sizin də qarşınızda baş əyirik! 44 günlük Zəfər savaşındakı qürurla hər işğal altından azad olunmuş torpaqlarda dalğalanan bayrağın mübarək olsun, Azərbaycan!

Arzu Əzizova 
Şəki şəhər 11 nömrəli tam orta məktəbin UBT RƏHBƏRİ 

Oxşar xəbərlər