"44 günlük Vətən savaşının qürurlu anları" - Telefonuma gələn zəngi xatırladım"
18-12-2020, 08:44
170 146

"44 günlük Vətən savaşının qürurlu anları" - Telefonuma gələn zəngi xatırladım"

TehsilXeber.com təhsil Portalı və Təhsil Forumu - 2020 Facebook qrupu "44 günlük Vətən savaşının qürurlu anları"  rubrikası çərçivəsində növbəti məqaləni təqdim edir:


Artıq gecə kecib. Pəncərə qarşısında oturmuşam. Pəncərənin önündən qarşıda görünən uzun-uzadı işıqlı yolun, digər üzündə olan dənizi seyr edirəm. Ay işığı qaranlıqda elə bərq vurur ki, heyran qalmamaq mümkünsüzdür. Elə bil ki, Ay illərdir dənizin həsrətindədir. Bütün bu fikirlərlə qələmi götürdüm. Hər zaman qələm və qarşımdakı ağ kağız mənim ən yaxın sirdaşlarım olub. Nəhayət ki, özümlə söhbət etməyə, dünyanı tərk edib, qəlbimdə və ağlımda olanları ağ kağız üzərinə mirvari tək düzəcəyim zaman yetişdi. Nahaq yerə Ayın dənizə həsrətdə olduğunu düşünmədiyin fərqindəyəm. Cünki, "Dəmir Yumruq" əməliyyatının, VƏTƏNİMİZİN bütövlüyü uğrunda gedən 44 günlük müharibədəki ŞƏHİD, bir ailənin tək bərq vuran Ayı idi. Dənizin dalğaları isə arzusu urəyində köz olub qalan ata, analardır. Dənizin dalğaları ata nəvazişini həsrət qalan körpə fidan balalardır Dənizin dalğaları tənhalıqda qardaş deyib hayqıran bacı, qardaşlardır. Dənizin dalğaları sevgisi yolun əvvəlində daşa dəyən sevdalılardır. Hər dalğa, hər ləpə birini özündə gizlədir. Həmin o tek Ay isə daima ucalardan onları seyr edir. Miras qoyduğu SƏRƏFLİ ad isə, hər zaman yaxınlarının yoluna işıq salır.
Bir anlıq gözüm Barışa sataşdı. Gecənin bu vaxtı uşağın yanımda nə işi var? Deyə düsündünüz? Barış bizim güldür. Sentyabrın 26-ı axşam 21:00-da uşaqlarla əkmişik. Uşaqlarda adıni Barış qoydu. Barışın toxumdan fidana cevrilən balaca gövdəsinə, yarpaqlarına uşaqlar müharibədəki hər qələbə haqqında danışırdılar. Hələ 5 yaşlı oğlumun: -Barış, Axdamıda da aldıq-deməsini unutmaram. Göy üzündəki bir ulduz sanki mənə cilvə edir. Bəzən səmanın qaranlıqlarında buludların arxasında gizlənir, bəzən də elə bil mənə göz vururdu. Bir anlıq düşündüm ki, bəlkə uşaq vaxtı hər gecə dərdləşdiyim həmin ulduzdur. Ermənilərə qarşı nifrətimi, qorxumu, QARABAĞA həsrətimi gecələr xəlvətcə ağlayaraq dediyim ulduzdur. Hər söhbətimiz"Səndə mənimlə QARABAĞA gələrsən" ilə bitirdi. Məni uşaqlıq xəyallarımdan telefonumuzun özünəməxsus siqnal səsi ayırdı.

Sentyabrın 27-i sübh çağı telefonuma gələn zəngi xatırladım. -Ana, xeyirdimi?? Hamı yaxşıdır? -Qorxma, hamı yaxşıdır. Müharibə başladı. Sükür Allaha bu günü gördük. Biz qələbə qazanacağıq.. Bu sözümü unutma. Şəhidimiz, yaralılarımız da olacaq.. Ancaq biz qalib gələcəyik. Anam müharibənin başlanmasını arzu etdiyimi bilirdi  Şəhidlərə, qazilər qarşı yanımımdan da xəbərdar idi. Ona görə bu xəbəri ilk ondan eşitməyimi istəyib. Anam həmişə deyir ki: -Səni gözümdən də qorumuşam. Bəlkə də sənə öz bədənimi sənə sipər edib, ALLAHİN izniyle o gülləbarandan sağ cıxdığınadır. İndiyəcən anamın səsini belə qürurlu, məğrur esitməmişdim. Sanki bədənindəki güllərin izi, qolunda 30 ildir ki, gəzdirdiyi qəlpə, Xocalının ağır dərdi hər zaman onu öz yükü altında əzib,vaxtından tez qocaltmışdı. Qəhər məni boğsada, sakit halda -ŞÜKÜR ALLAHIN bu gününə-dedim. Yarızarafatla: -Biz,axşam Barışıda əkmişik. Şərməni kimdi ki, bizə qarşı cıxa-dedim. Sanki gecənin əngin qaranlığında hərdən bir  görünən ulduzlar kimi 44 günün hər anı xəyalımda canlanırdı. -Komandir, qadan alım, o dağları, dərələri əlimin içi kimi bilirəm. Sizə yol, iz tapmaqda kömək edərəm. Qarşı tərəf nə deyir bilmirəm. Danışıq  davam edir. Səsdə xahiş, məğrurluq acıq sezilirdi. -Komandir, qadan alım, hec dədə-baba yurdum LACINA, məcburi köckün düşdüyüm XOCALIYA catmayım. O yollarda don vursun ölüm.. Amma bilim ki, VƏTƏNƏ gedən yolda öldüm. Bu sözləri bütün həyatı gəncikən Qarabağda qalan atam deyirdi. O, sağlamlığınıda cavan yaşında Xocalıda qoyub gəlib . Xocalıdakı evimizi atamın gözü qarşısında ermənilər yandırıblar. İndi döyüşlərdə iştirak etməyə elə bir canıda yoxdur. Ancaq VƏTƏN sevgisi, düşmənə nifrəti neçə-neçə ermənini yalın əllə belə məhv etməyə yetər.əəəİyul hadisələrindən sonra atamda anamda könüllü Orduya yazılıb. Hər zaman gecə keçmişkən bu pəncərə qarşısında oturanda zaman məfhumunu unuduram. Uzaq üfiqlərdə gecənin qaranlığının köksünü dəlməyə çalışan, günəşin ilk işıltıları az-çox görünməyə başlayıb. Hərdən pəncərəyə bir şeh damcısı düşür. Sanki bütün Azərbaycana laylay deyən gecə ilə gündüzün qovuşacağı bu anlarda bu kicicik yağış damlaları ahəstə ritm tutur. Bu mənə qələbəni ESİTDİYİM həmin günü xatırlatdı. Ondada səhərin  işıqlarının gecənin qaranlığından yenicə sıyrılıb özünü göstərməyə səy göstərdiyi vaxtlar idi. Ev telefonuna zəng gəldi. Dəstəyin o başındakı nə dedisə qaynanam ağladı və məni cağırdı.Telefonu qulağıma aparanda anamın hönkürtülü səsini eşitdim. -Biz qələbə qazandıq. Biz qalib gəldik-deyirdi.Elə hönkürürdü ki, sanki 30 ildir ürəyində məskən salan kədəri bu gözyaşları ilə məhv etməyə çalışırdı. İndi Sumqayıtda SƏHİDLƏR XİYABANINDAYIQ. Qələbəmizi şəhidlərlə birgə kecirməyə gəlmişik. Bir az özünə gəlib -Gecədən zəng edirəm niyə cavab vermirsən - dedi. Aamın bu sözləri illərdir qəlbimdə VƏTƏN HƏRƏTİ deyə  bəslədiyim sal daşı ovum-ovum etdi. Anma ancaq -Sükür Allaha deyə bildim. Gəncəyə atılan ilk raketdən sonra gecələr yata bilmirdim. Elə bilirdim mən yatsam düşmən yenə də hansı Gəncəyə atılan ilk raketdən sonra gecələr yata bilmirdim. Elə bilirdim mən yatsam düşmən yenə də hansısa şəhərdə terror edəcək. Bunların doğru olmadığını bilirdim. Lakin düşmənin xislətinə bələd idim. Gecə vaxtı dinc insanları hədəf alacağını bilirdim.. Bu narahatlığıma belə ad verib rahatlanmağa çalışırdım. Dünən gecə isə qaynatımın acıqlanmasıyla uşaqlarla erkəndən yatmışdım. Anamın zenglərindən də ona görə xəbərim olmayıb. İnsanlar körpələrini, qocalarını yanlarına alıb, QƏLƏBİMİZİ Azadlıq dastanımızın rəmzi müqəddəs and yerimiz olan SƏHİDLƏR XİYABANINDA kecirməyə tələsirdi. Kücələrdə həqiqətəndə QƏLƏBƏLİK idi. ALİ BAŞ KOMANDANIMIZ IN sənəd imzaladığı meqam isə həyatında gördüyüm ən möhtəşəm görüntülərdən biri idi. Həmin o səhərdə indiki kimi hava şehli idi. İllərdir gözlədiyimiz qələbəyə sonunda çatdıq. Ancaq bu sevincimiz 2783 ŞƏHİDİMİZİN qanı hesabına, 1245 qazimizin sağlamlığını itirməsi sayəsində qazanıldı. Mən övladlarıma VƏTƏN şeiri öyrədib, onlara yaşayan qəhrəmanlarımız haqqında danışanda, video, şəkillərini göstərəndə. Qələbə günu QARABAĞ BİZİMDİR!! deyib Kücələrdə yürüş edəndə.. Ordumuzun igidləri məni, övladlarımı, VƏTƏNİMİZİ, XALQIMIZI qorudu. İndi həm valideyin, həm də müəllim olaraq qarşımdakı əsas vəzifə gələcək nəsilləri də belə VƏTƏNPƏRVƏR yetişdirməkdir.  Yatmış Aslanı oyadanda necə nərildəyirsə. AZƏRBAYCANDA elə nərə cəkdi ki, bütün dünyanı lərzəyə saldı. 30 ildir ki dünya bu aslanın birliyindən gücündən bixəbər idi. Bundan sonra isə onunla hesablaşmalı olduqlarını anladılar

Bayramova Siyatel
Laçın rayonu Ağoğlan kənd tam orta məktəbinin Tarix müəllimi

Oxşar xəbərlər