"44 günlük Vətən savaşının qürurlu anları" - "Səsimizi dünyaya çatdırdıq"
18-12-2020, 08:46
159 120

"44 günlük Vətən savaşının qürurlu anları" - "Səsimizi dünyaya çatdırdıq"

TehsilXeber.com təhsil Portalı və Təhsil Forumu - 2020 Facebook qrupu "44 günlük Vətən savaşının qürurlu anları"  rubrikası çərçivəsində növbəti məqaləni təqdim edir:

27 sentyabr - "Vətən bizə oğul desə"dediyimiz, Prezidentin əsgərlərin, xalqın divar hördüyü,gələcək nəsil üçün mükəmməl tarixin yazıldığı, zəncirləri qırdığımız o gün. Həmin gün hər kəs səfərbər idi, qadın, yaşlı, uşaq fərq etməz, hamı bir yolla dövlətimizə dəstək olmaq istəyirdi. İgid oğullarımız cəbhəyə könüllü yollanırdılar. Düşməndən qisas almaq ən böyük amalımız olmuşdu. Hər dəstək verən söz düşmənə bir güllə idi-yəni 10 milyon güllə. Çünki o gün bütün Azərbaycan bir yerdə idi. Həmin əzəmətli gün ifadəyə gəlməz. 27 sentyabrın əhəmiyyətini anlatmaq çox çətindir. Biz dəmir yumruq olub zindandakı Qarabağı azad etdik. Qarabağ Azərbaycandır deyib,səsimizi dünyaya çatdırdıq. Ali Baş Komandanımızın yüksək diplomatik bacarıqları, ingilis, rus və bir çox dillərdə səlis danışması, iqtisadiyyatımızın, hərbi texnikalarımızın güclü olması bizi həm cəbhədə, həm beynəlxalq müstəvidə qalib, cəsur xalq etdi. Əsgərlərimizin igidliyini unutmaq böyük qəbahət olar. Bu müharibə də itkisiz olmadı. Biz 2783 şəhid verdik. Hər biri bir-birindən bacarıqlı, qabiliyyətli, hər biri bir cahan olan 2783 oğlumuzu itirdik. Boş yerə yox, canımız, qanımız, döyünən ürəyimiz, tariximiz olan Qarabağ uğrunda qurban verdik.

Bu Vətən müharibəsinin qürurlu anları çox oldu. Hikmət babanın təqaüdünün 180 manatını orduya bağışlaması, nənənin nəvəsinə "Sən canavarsan, idmanla məşğul olmusan, parçala düşməni" deməsi, Prezidentimizin jurnalistlərin suallarına məntiqli  və düzgün cavab verməsi, topçumuz 19 yaşlı Vüsal Şahkərimovun topu şücaətlə atması və atdıqdan sonra əsl igid kimi dayanması, Ali Baş Komandanımızın trendə çevrilən sözləri-iti qovan, təlxək, bəs nə oldu, yol çəkirdin, ə sən kimsən ki, bunlar da böyük qürurdur. Həm yumoru, həm ciddiyyəti özündə birləşdirən Cənab İlham Əliyev bu qürurlu anların yaradıcısıdır.

Bizim ən böyük qürurumuz Qarabağımızdır, şəhidlərimizdir. Biz dünyaya nümunə olduq. Birlik necə olur, hər mənada necə qalib gəlmək olar göstərdik. Azərbaycanlı olmaq nə deməkdir biz bunu sübut etdik. Biz təkcə erməniləri məğlub etmədik, bizi sevməyən hər kəsi məğlubiyyətə uğratdıq.
Qarabağ Azərbaycandır, qalib xalq azərbaycanlılardır!

Qurbanzadə Rəfiqə
Bakı şəhər Seymur Məmmədov adına 301 saylı tam orta məktbin 8c sinif şagirdi  

Oxşar xəbərlər