"44 günlük Vətən savaşının qürurlu anları" - "Ölümə gülümsəyərək şəhadətə yüksəldilər"
18-12-2020, 08:50
167 945

"44 günlük Vətən savaşının qürurlu anları" - "Ölümə gülümsəyərək şəhadətə yüksəldilər"

TehsilXeber.com təhsil Portalı və Təhsil Forumu - 2020 Facebook qrupu "44 günlük Vətən savaşının qürurlu anları"  rubrikası çərçivəsində növbəti məqaləni təqdim edir təqdim edir:

     27 sentyabr 2020-ci il-bu tarix Azərbaycan xalqının yaddaşında silinməz iz qoydu, çünki bu tarix bir xalqın öz lideri və ordusu ilə birləşib dəmir yumruğa döndüyü məqamdır.Mənfur düşmənin bu tarixdə cəbhəboyu ərazilərimizi ağır artilleriyadan atəşə tutmasına laqeyd qala bilməyən prezident orduya əmr verdi. Hər bir uğur bu andan başladı.

       Ali Baş Komandan qismən səfərbərlik elan etdi. Buna baxmayaraq minlərlə gənc hərbi komissarlıqlara axışaraq könüllü cəbhəyə getmək istədiklərini bildirdilər. Döyüşə atılan oğullar vətən uğrunda döyüşməklə bərabər öz dostunu, silahdaşını yarı yolda qoymadılar. Vətən uğrunda şəhid olan oğullar ölümə gülümsəyərək şəhadətə yüksəldilər. Hər qarış ərazinin işğalçılardan təmizlənməsi Azərbaycan tarixində iz qoydu.

       Öz prezidentinin və ordusunun ətrafında birləşmiş xalq nə canını, nə var-dövlətini,nə də övladını vətən üçün fəda etməkdən çəkinmirdi. Səngərdə vuruşan əsgərinə görə insanlar isti, rahat yatağı özlərinə rəva bilmirdilər.

       Övladının tabutu qarşısında dayanan ana bütün kədərini ürəyinə həbs edib”Vətən sağ olsun”kəlməsini dilə gətirir,ata oğullarına xeyir-dua verib cəbhəyə yola salır, müəllim həkim könüllü cəbhəyə yollanır,şagird əsgərlərə dəstək olmaq üçün “əsgərə məktub” göndərir.Bir sözlə hər kəs öz əlindən gələni etməyə can atırdı.

      Bu 44 günlük müharibə dövründə xalqı və ordusu ilə çiyin-çiyinə vuruşan prezident xalqına və ordusunun haqq işinə qərəzli münasibət göstərən hər kəsə iti ağlı,güclü intellekti,natiqlik bacarığı ilə layiqli cavab verərək dünya tarixində öz imzası ilə seçilən bir liderə çevrildi.Şanlı ordumuzun həyata keçidiyi dəqiq düşünülmüş əməliyyatları,döyüş taktikası,müasir silah-sursat və texnikanı istifadə etməyi bacaran yüksək ixtisaslı mütəxəssislərimizin olması bu müharibənin bizim üçün qələbə ilə başa çatmasına şərait yaratdı.Düşmən tapdağı altında qalaraq su ilə qarışıb palçığa dönən torpaq şəhidlərimizin qanı ilə qarışıb vətən oldu.

    Ulu öndərin uzaqgörən siyasətinin davamçısı, ziyalı, yüksək insani keyfiyyətlərə malik şəxsiyyət, Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızın 30 illik torpaq həsrətinə siyasi və həbi yolla 44 gün ərzində son qoydu.
 
    27 sentyabrda başlayan müharibə 4 oktyabrı Cəbrayıl zəfəri, 17 oktyabrı Füzuli zəfəri, 25 oktyabrı Qubadlı zəfəri, 8 noyabrı Şuşa zəfəri, 10 noyabrı Qarabağ-Bütöv Azərbaycan zəfəri olaraq tarixə şəhid qanı ilə yazdı.

    Bu tarixi qələbənin əldə edilməsi üçün canından keçən 2783 şəhid göz qırpmadan döyüşə atılmışdı. Düşmən hər əsgəri bir tarix olan qəhrəman ordumuzun qüdrətinə bələd oldu. Düşmən anladı ki,biz bir ölüb min dirilərik.9 noyabr tarixində daha 72 kəndin azad olunması düşmənin qamətini qırdı və geri çəkilməyə məcbur etdi.

   Düşmən tapdağından azad olan bütün torpaqlarımızda Azərbaycan əsgəri gəzir, səmalarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır. Xalqın əzmi,liderə olan inamı, orduya güvəni bu qələbəni bizlərə yaşatdı. Qələbə münasibətilə paytaxtımızda keçirilən 10 dekabr zəfər paradında Azərbaycan dövlətinin, Azərbaycan xalqının və Azərbaycan prezidentinin əzəmətinə dünya şahid oldu.

Şamilova Əfsanə Ələsgər qızı  
Qaradağ rayonu 224 saylı məktəb  ibtidai sinif müəlliməsi

Oxşar xəbərlər