"44 günlük Vətən savaşının qürurlu anları" - "Şəhidin anasına yazdığı məktublar"
18-12-2020, 08:33
2 252

"44 günlük Vətən savaşının qürurlu anları" - "Şəhidin anasına yazdığı məktublar"

TehsilXeber.com təhsil Portalı və Təhsil Forumu - 2020 Facebook qrupu "44 günlük Vətən savaşının qürurlu anları"  rubrikası çərçivəsində növbəti məqaləni təqdim edir:


Şəhidin anasına birinci məktub

         Ana, mən sənə nə qədər yaxınamsa, o qədər uzağam. Son vaxtlar xəstə olduğunu, tez-tez məni arzuladığını, bi saatlığa da olsa kəndimizə gedib oranı görmək istədiyini bilirəm.

         Son günlər demək olar ki, hər gün sənin yanındayam. Çalışıram axşam gəlim. Gündüz evdə çox adam olur. Sənə çox yaxınlaşa bilmirəm. 

         Axşamlar isə heç kim olmur. Sən və Mən. Ana bala söhbət edirik.

         Hərdən səsinə evdəkilər gələr. Səni yerinə tək oturub danışdığını, hətta güldüyünü görüb deyirlər: “Arvad qocalıb, sayıqlayır”. Onlar bilmir, hətta məni görmürlər. Axı mən həm varam, həm yoxam. 

         Ana, təkcə sən bilirsən mən varam. Mən saçını sığallayır, üstün açılanda örtürəm. Səhərə qədər əlini-əlimə alıram. Sən yuxuya getməyincə heç hara getmirəm.

         Son görüşümüzdə sən kəndə getmək istədiyini, evimizi görməyi arzuladın. Bu arzunu məndən başqa heç kim yerinə yetirə bilməzdi. Çünki, məni heç kim görmür. Nə isə....

         Kəndimizə getdim ana... Evimiz olduğu kimi durur. Axı evimiz kənddə ən gözəl ev idi. Gavurlar evdə yaşayır. Evə girdim, kaş girməyərdim. Uşaqlığım....Ailəmiz, bacım, qardaşım hamısı hamısı gözümün öznünə gəldi.

         Ana, həyətimizdəki tut ağacı yadındamı?.... Suala bax ey, əlbəttə ki yadımda...

         Balacaları yatırtmaq üçün asdığımız nəninin iplərinin yeri hələ də  ağacda qalıb. Yadında sən bacımı nənnidən götürən kimi, mən nənniyə minirdim. Sən “bığın çıxıb nəniyyə minirsən?”  deyərdin... Ən çox sevdiyim yer idi nənni... Orada uzanıb göyə baxırdım. Xüsusən gecələr gözüm ağrıyana qədər göyə baxırdım. 

         Gəlmişkən əmimgilin, dayımgilin evlərinə də baxdım... Qanını qaraltmayım ana... Təpələrə çıxdım. Elə bildim təpələr çox niskilldi, küskündü... . 

         Ana, hiss elədim məni çağırırsan. İçəri girdim sən “Arif, Arif” deyirdin. Mən içəri girəndə təkcə sən hiss elədin . Mən saçını sığalladım. Alnından öpüb, əlindən tutdum. Sən də mənim əlimi sığalladın. Ətrafdakılar sənə təəccüblə baxdılar. Bəziləri kövrəldi, göz yaşlarını sildi. Bəziləri.. “Arvad ağlını itirib” dedilər. Bir sən bildin mən varam, yanındayam, bir də mən.

         Səni xəstə görəndə mən daha çox narahat oluram. Sən ağlayanda isə özümə yer tapa bilmirəm. 

         Sənə çox söz demək istəyirdim. Ancaq xəstəsən. Sağal, inşallah ikinci məktubu yazacam.

         Bir söz də deyim ana, sən sağal yazda sən ayağlarınla, mən isə göylə bir yerdə kəndimizə gedərik. O zaman sən də, mən də rahat olarıq. Ana, canım anam, məktubumu oxu həmin günü gözlə...

 

 

 

 

Şəhidin anasına ikinci məktubu

         Ana, canım anam, sənə çoxdandır məktub yazmaq istəyirdim. Sən yerlə məsə göylə kəndimizə gedək. Ancaq...

         Ana, sənə o qədər sözüm var...Mən hər gün kəndimizə gedirəm. O gün gəzə-gəzə gedib çıxdım Heyrangilin həyətinə. Ana, yadında, mən Heyranla görüşə gedəndə təkcə sən bilirdin mn haradayam. Üzümə gəlməzdin... Onların evinin üst tərəfində təpədə daş var idi. Orada uzanıb Heyranın atasının yatmağını gözləyirdim. Kişi həyətə çıxıb, öskürə-öskürə tövləyə baxmağa gedərdi. Onda mən uzanırdım daşın dibində. Kişi fanarı salıb həyət-bacanı yoxlayırdı. Hərdən də qarasına “ay it”, “ay it” deyərdi. Məni gülmək tutardı. Ana, ay ana, daşın dibində gizlənməyimi təkcə sən bilirdin. Şalvarım, dirsəklərim toz-torpaq olardı. Nə qədər təmizləsəm də merət getmirdi, məni ələ verirdi. O zaman sən paltarlarımı qoymazdın qızlar yusun. Bir bəhanə ilə özün yuyardın. Mən yanından ötəndə sən, “Ay qız adın Heyran balam sənə heyran” deyirdin.

         Bu sirri bir sən bilirdin, bir də mən. Canım anam! Nuri didəm anam! Sənə mənim məktubumu gözlə dedim. Elə bilmə ki, verdiyim sözə əməl etmədim, yox. Ana, tez-tez döyüş bölgələrində oluram. Ana, sənə bir hərbi sirr açım. Ancaq aramızda qalsın. Hərbi getdikcə güclənir. Güclü hazırlıqlar gedir. Bunu mən görürəm. Axı mən həm varam, həm yoxam. Belə getsə yaxında nəisə olacaq. Bunların biri az da olsa o vaxt olsa idi, bəlkə bu qədər qaçqın-köçkün olmazdı. Qaçqın köçkün dedim nə yadıma düşdü. Bir dəfə kimsə qaçqınların yaşayışı ilə tanış olmaq üçün ora gəldi. Onlardan biri “Qaçqınsınız” dedi. Sən  necə əsəbləşdin. 

         “Biz qaçqın deyilik”, bizim evimiz, yurdumuz, yuvamız var. Biz burada müvaqqətiyik.” Həmin adam “Təki sən deyən olsun” dedi.

         Onda mən buna çox inandım, qayıdacağımıza.  

         Ana, sən mənim bütün sirrlərimi (sirr deyəndə qız məsələsi) bilirdin. Bəzənib- düzənib evdən çıxanda sən “Anan boyuna qurban” deyirdin. Sən Heyranın toyunda evdən çıxıb, xalamgilə getdin. Çox nahaq ana. Qoy xoşbəxt olsun. Mən gəlməyəcəm ana. Bunu səndə bilirsən, məndə. 

         Ana, bilirsən Heyran oğlunun adını Arif qoyub. Oğlu Arifi o biri uşaqlardan çox istəyir. O da oğluna “boyuna qurban” deyir.

         Ana, sən xəstələnəndə bir bayatını həmişə deyirsən 

   Qarabağda talan var,

Telin üzə salan var,

       Gedirsən-get, qayıt gəl,

    Gözü yolda qalan var.

         Ana , bu bayatını mənim üçün deyirsən. Gələcəm, gəlirəm də. Sənin yanında olacam. Mənim nurididəm anam. Yaxın vaxtlarda sənə sevindirici xəbərlər verəcəm. Bu hərbi sirr olduğundan indi demirəm.

         Sən xəstələnmə. İkimiz də verdiyimiz sözə əməl etməliyik. Məktubumu oxu, və məni gözlə.

 

Şəhidin anasına üçüncü məktubu

         Ana, canım anam, Sənə məktubları gec-gec yazıram. Bunun bəzi səbələri var. Ana işğal olunmuş əraziləri gəzirəm. Govurlar bilirsən nələr edib.Bizim məscidlərimizdə donuz, mal-heyvan saxlayırlar. Bilirsən nə yadıma düşdü, babam həmişə ermənilərə nifrət edirdi. Deyirdi “Onların xaçına, məzhəbinə nəhlət”. Bunlara Allahımız qənim olsun, inşallah olar. Ana, yadında kimsə kimə qarğış edəndə mən hirslənirdim. Ancaq indi məndə onlara nələt oxudum. Ana, sən mənim yaşıdlarımı görüb, gəlir durursan mənim şəklimin yanında baxıb deyirsən “Onlar qocalıb, balam cavan qalıb ey”. Şəkildə saçımı, üzümü sığarlayırsan. Baxıb-baxıb yerinə qoyursan. Ana, niyə həmin otağa girəndə, dönüb gertmirsən. Üzü mənə tərəf dalı-dalı gedirsən?

         Ana, hələ nə yadıma düşüb, deyim sən də gül. Mən nə qədər gülmüşəm. Ana qonşumuz Sənəm nənə var idi. Həsən əmi dedi ki, ay Sənəm arvad sənin toyuğun bizim alçanı yeyib qurtarıb. Sənəm nənə sə, toyuğu tutub o qədər döydü. Görəsən o vaxt Sənəm nənənin heç ağlına gəlmədiki, toyuq alça yemir. Həsən əmi nə qədər dedi zarafat edirəm, Sənəm nənə inanmadı dedi: “Mən razı olmaram qonşuya ziyan dəysin”. Onlar deyəsən elə küsülü kənddən qaçdılar.

         Ana, canım anam! Qoy sənə ruhum anam deyim. Axı indi mən, ancaq ruham. Ana sözüm və sualım çoxdu. Biz govurlara niyə bu qədər inandıq. Bu qədər güvəndik, bu qədər üz verdik. Babam həmişə ermənilər üçün deyərdi. “İlanın ağınada nələt, qarasına da” Babam demişkən yadına nə düşdü. Bilmirəm bu əhvalat hansı kənddə olmuşdu. Bəlkədə fikir verməmişəm kəndin adına. Azərbaycanlılar yaşayan kənd olub. Gavurlar o kəndi Xocalı kimi yerlə yeksən edib. Ana, bəlkə sənin də yanında deyib hamilə qadınların qarnını yarıb, uşağı çolə çıxarırdılar. Bir qadının ahı-madarı bir oğlu olub, onu ananın gözü qarşısında nizənin ucuna keçirib, dağdan aşağı atıblar. Ana özünü oğlunun üstünə atanda, ananı qaıtırın ayağına bağlayıb, qatırı dərə aşağı haylayıblar. Bütün arvad-uşağı məscidə yığıb yandırıblar. Cavan qız-gəlini atasının, ərinin, qardaşının gözü qabağında zorlayıblar. Bir cavan gəlini boçqaya (deyir o vaxtlar taxtaları yan-yana düzüb, yumuru formada düzəldirdilər. Ortasına da üç yerdən enli dəmir salırdılar. Onu altına və   üstünə taxta vururdular. O boçqaları suya salıb, şişirdirdilər. Ona un, duyu, turşu əllərinə keçəni yığırdılar). Salıb ağzını bağlayırlar. Sonra bıçaqla boçqanın taxtalarının arasından gəlini bıçaqladılar. Qan boçqanın aralarından su kimi axırdı. Deyir kişiləri qollarını arxadan bir-birinə bağlamışdılar. Onu da əlavə ipə dığalardan biri ipi çəkən kimi hamısı birdən hərəkət edirdi. Kişiləri qolları bağlı dağın bağına gətirirdilər. Birinci duran adamı itələdilər. O, birilər də dağ aşağı düşdülər. Bir kəndin kökünü belə kəsdilər.

         Ana, canım anam qanını qaraltdım deyəsən. Ana, onların bu cür qədəzə olduqlarını bildikləri halda yaşlı adamlar niyə şərait yaradırdılar onlarla dostluq edək. Niyə bizə demirdilər onlardan uzaq durun. Ən yaxşı vəzifələr onlara verilirdi. Ən gözəl savadlı oğullarımız erməni qızı alırdılar. Ana, deyəsən bu məktubum çox uzun və gileyli oldu. Çoxtan məni düşündürən sualları indi verirəm. 

         Ana, hərbiçilərimiz təlim keçirlər. Gedim onlara baxım. Ana, hərbi texnikanı bilirsən necə bilirlər. Bu yaxşıdır. Mən gedim. Ana, Nuri-didəm anam məktubumu gözlə.

Şəhidin anasına dördüncü məktubu

         Ana, canım anam! Necəsən? Biiesən niyə necəsən dedim, sənin necə olduğunu məndən başqa heç kim bilə bilməz. Ona görə necəsən dedim ki, neçə vaxtdır yanına gələ bilmirəm. Günüm cabhədə keçir. Sən nəvən Arifi əsgərliyə göndərəndə dedin “Arif səni Arif kimi yola salıram. Əmin Arif necə getdi, necə qorxmadı. Neçə iti it kimi gəbərtdi, sən də elə get. Ancaq sağ-salamat qayıt. İkinci Arif itkisinə dözə bilmərəm”. Nəvə Arif isə “Nənə sənin Ariflərin həmişə sənə baş ucalığı gətirib” Ana, ruhum anam. Sən birinci dəfə idi ki, nəvəni adı ilə çağırdın. Həmişə ona qaqaş deyirdin. Hamı sənə baxıb ona qaqaş deyir. Ana  hərdən sənin dilincə desəm qaqaşında yanına gedirəm. Narahat olma ana. Bilirsən necə tank sürür. Ana, səsin qulağıma gəldi bayatı deyirsən:

Çağırıram ha sən gəl,

    Qarabağım kəsəm gəl.

Könlüm səni istəyir,

              Mən gəlmirəm, barı sən gəl.

         Gəldim ana, gəldim. Sənə yaxınlaşdım, ağarmış saçlarından öpdüm. Sən mənə necə baxdın. Ayrı vaxt olsa idi elə baxsa idin getməzdim. Ancaq....

         Yanından bir qız qoltuğunda kitab keçdi. Onun arxasınca baxdın və dedin. “Nə gözəldir, özü də savadlıdı. Arifə alardım”. Ana, yenə məni gülmək tutdu. Ana, mənim indi az qalır əlli yaşım ola ey! Hələ də məni 20 yaşlı Arif bilirsən. Bu vaxt yerli bir qadın siz qaçqınsınız dedi. Sən yenə floklor kitabın açıldı.

Əzizim Qazax dadı,

Qazax da uzaqdadır.

  Mənə qərib deməyin,

       Elim var, evim uzaqdadı. 

Arvad “bağışla” dedi. Sən daha incimirəm, az qalıb, lap az qalıb evimizə gedəcəyik, mütləq gedəcəyik!

         Ana, bilirsən da gorbagorlar sentyabrın 27-dən başlayıblar. Bilirsən Ali Baş Komandan əmr verdi ki, bunların atasını yandırın. Bəsdir bunların qabağından qaçdığımız. Bizimkilər də, bilirsən də illərlə yığdıqları nifrəti topla, tüfənglə tökdülər bu itlərin başına. Oraları mən qarış-qarış gəzmişəm. Mənimlə bərabər bütün şəhid ruhları əsgərlərin başının üstündəyik. Ermənilərin atdığı roketlərin istiqamətini dəyişirdik ki, igidlərin üstünə tökülməsin. Ancaq... Nə qədər olsa da müharibədir daha. Əsgərlərin qabağına çıxan minaları biz görürdük. Onların istiqamətini biz dəyişirdik. Onlar oturub danışırdılar. “Ə elə bil   bizi kimsə idarə edir”. Bəli. O bizik-şəhid ruhları.

         Ana, Fizulinin, onun kəndlərini alanda Arifin tankı lap qabaqda idi. Elə gedirdi, elə gedirdi ki, tez Fizuliyə çatsın. Bir də gördüm qabaqda mina basdırılıb. Əl atdım sükana. Tez çəkdim yana. Arif Allah sən özün qoru dedi, özü də məhttəl qaldı bu işə. Onun dalınca o biri tanklar da səmitlərini dəyişdilər. Heç   birində burnu qanamadı. 

         Ana, ruhum ana, sən televizorun qabağında oturub Ali Baş Komandana baxanda “Allah səni qorusun” deyirsən. Hər işğaldan azad olunan kəndin adını çəkəndə ağlayırsan. “Bəs  bizim kəndimizin adını niyə çəkmirsən” deyirsən. Çəkəcək ana, az qalıb, lap az qalıb. Çəkəcək. Sən gecələr yatmayıb namaz qılırsan. “Allahım sən bütün əsgərləri qoru”. Onları atalarına,analarına çox görmə. Mən oğul dağını görmüşəm və deyirsən.

Yuvada Laçın ağlar,

     Göydə, Göyərçin ağlar.

    Balam yadıma düşəndə 

Başımda saçım ağlar.

Allahım heç bir ananı ağlar qoyma.

         Ana, sən çox şey deyərdim. Gördüklərimdən. Ancaq onları demək olmaz. Həm də sən çox narahat olarsan. Sənə tez-tez işğaldan azad olan rayonlarımızdan, bir də gördün kəndimizdən də xəbər gəldi.

         Sən indi məni, mənim məktubumu bir də Ali Baş Komandanın verdiyi xəbərləri gözlə. Canım anam, nuri-didəm az qalıb, çox az qalıb. Verdiyimiz sözə əməl edə.

 

Şəhidin anasına beşinci məktubu

         Ana, canım ana! Qələbəmizi eşitdikcə sevinirsən, yır-yığış edirsən. Birinci şəkilləri götürürsən. Baxıram ki, çox fikir edirsən. Gələndə nə cür gəlmişdik, evsiz-eşiksiz, pal-paltarsız, qohum-əqrabasız, əsir düşənlər, yaralananlar, ölənlər.... Bir –bir gözümün önünə gəlir. 

         Ali Baş Komandan rayonlarımızın adını çəkir, sən sevinirsən.

         Noyabrın 10-u 11-nə keçən gecə səni yuxudan oyatdım. Ana, dedim. Dur! Biz qələbə çaldıq qayıtdıq! Sən oyanıb televizoru açırsan. Gəlin “Bu arvad gecənin bu vaxtı televizoru niyə açır?” Sın Ali Baş Komandanın xalqa müraciətinə qulaq asırsan. “Bu gün böyük qürur hissi ilə deyə bilərik Fizuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Kəlbəcər Bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Sözlərini eşidib çığırırsan. Evdəkilər həyacanla oyanıb “Nə oldu?”, “Nə oldu?” deyirlər. Sən “Daha biz qaçqın –köçkün deyilik”. O evimizə yurd-yuvamıza gedirik”. Gəlib mənim şəklimə baxırsan. “Oğul, Azərbaycan yaralı qartal deyil, Bütöv Azərbaycandır. 28 ildən sonra gedirik.

         Ana, canım ana! Bu torpaqlar Azərbaycan igidlərinin qanı-canı bahasına başa gəldi. Sənin bilmədiyin-görmədiyin çox şey var.

         Qanını qaraltmayım. Azadləq sevincini yaşa. Deyirsən “Elə bil qolumda zəncir var idi. O qırıldı”. Bəli ana, o zəncir qırıldı.

         Ana, canım ana! Yoruldum. Göylərdə uçmaqdan, kəndimizə, kəndlərə gedib-gəlməkdən yoruldum. 

         Ana, canım ana! Mən də, sən də yorulduq! 

         Ana, sənə daha məktub yazmaq istəmirəm. Sənə ilk məktubumda dedim. Yazda sən yerlə mən isə göylə kəndimizə gedəcəyik. Ana, verdiyim sözə bir ildən sonra əməl edirik. 

         Qayıdın. Ana, evinizə, yurd-yuvanıza qayıdın. Ana, Yazda gül-çiçəyə baxın və şəhidləri yad edin, daşa-kəssəyə baxın biz şəhidləri yad edin,torpağa baxın biz şəhidləri yad edin.

         Ana, qoy gələcək nəsillər torpağı qorusun. Yağı düşməni qoymasın torpağımıza ayaq bassın. Onda biz şəhid ruhları narahat olar.

         Ana, canım ana! Ruhum ana! Yazda Şuşada Xarı bülbülə baxıb rahatla. Onda inan ki, öz torpağımızdasan. Mən indi rahatam. 

         Canım ana, məktubumu oxu. Məni gözləmə! 



Kərimova Tərifə Məmməd qızı.
Naxçıvan Muxtar Respublikası Şərur rayon Mahmudkənd tam orta məktəbində müəllimi.

 

 



2 0

Oxşar xəbərlər