Umumi Xəbərlər / Müsabiqə
18-12-2020, 08:56
4 215
"44 günlük Vətən savaşının qürurlu anları" - "Qan qoxan Vətənimin Zəfər nəfəsli Vüsalı"
TehsilXeber.com təhsil Portalı və Təhsil Forumu - 2020 Facebook qrupu "44 günlük Vətən savaşının qürurlu anları" rubrikası çərçivəsində növbəti məqaləni təqdim edir:
Mən təhsilə ilk fəaliyyətimi 11 il oxuduğum Şəki şəhər 11 saylı orta məktəbdə 2003 –cü ildən coğrafiya müəllimi olaraq başladım. İlk dərs tədris etdiyim sinfim isə 20016 –cı il aprel döyüşlərinin fəal iştrakçısı olub, son damla qanına kimi döyüşərək şəhidlik zirvəsinə ucalan Baş Leytenat Elnur İskəndərovun oxuduğu sinif olmuşdur. Yaxşı xatırlayıram Azərbaycanın coğrafiyasını öyrənən zaman Elnur xəritəni az qala gözüyumulu göstərirdi. Heç unuda bulmirəm hətta hər dəfə işğal altında olan torpaqlarımız deyə xəritədə izah edərkən gözləri dolardı.
Çox heyrətlənirdim həqiqətən, bir o qədər də qürur hissi bürüyürdü məni. Düşünürdüm ki, bu qədər Vətən sevgisi kiçik bir qəlbdə nə zaman böyümüşdür. Şagirdlərimi həmişə çox sevmişəm, indi də çox sevirəm,amma bu cür şagirdlər heç unudulmur. Hələ-hələ şəhidlik zirvəsinə yüksələnlər...
Elə ki, Elnur İsgəndərovun şəhidlik xəbəri gəldi həmin gün çox sarsılmışdım, Lap çox həttasözlərlə ifadə edilməyəcək qədər. O izdiham, bayrağa bükülmüş tabut, Elnurun qürurlu və bir o qədər də ağıllı baxışları donub qalmış böyük şəkli, qulaqlarıma dolan gurultulu; Şəhidlər ölməz, Vətən bölünməz! sədaları və öz- özümə dediyim “bu mənim şagirdimdir“ kəlməsindəki təskinlik dolu fəxarət hissi! Həmin gündən mən artıq daha çox tələsirdim torpaqlarımızın alımasına ,qisasa intiqama... Və bu dəfə daha çox inanırdım ki, hər dəfə şagirdlərimlə hazırladığımız “coğrafiya tədbirlərinin“ sonunda söylədiyimiz ”gün o gün olsun ki, Vətənimizin işğal altında olan torpaqlarımız azad olsun, Xəritəmiz gözəlləşsin, AZƏRBAYCAN BÜTÖVLƏŞSİN!“ kəlmələrinin gerçəkləşməsinə...
Budur, bütün dünyanı qlobal xəstəlik olan taclı virus ilə lərzəyə saldığı, bütün dünyanın lənətlədiyi 2020-ci il payızının ilk ayı sentyabrın 27-si və Ali Baş Komandanın həmin ilin iyul ayında bizdən aldığı Polkovnik İlqar Mirzəyev, General-Mayor Polad Həşimov və daha neçə şəhidlərin əsl savaşa vadar edən təkrar haqsız yerə tökülən qanlarının yerdə qalmayacağına dair and dolu müharibə çağırışı! Tarixin həmin gündən Azərbaycan üçün yenidən daha möhtəşəm, daha əzəmətli, daha dərin və əsrlər boyu unudulmayacaq şəkildə qızıl hərflərlə yazılışının başlanması...
Axı biz Xocalını unutmadıq, axı biz 30 ildir vətən həsrətilə yanan ciyərlərimizə Vətən havasını çəkməklə hüzur tapa biləcəyimizi bilə-bilə yaşamışıq, yaşatmışıq. Hərbi xidmətə könüllü və ya çağırışçı kimi gedən əsgərlərimizin demək olar çoxusu o torpaqlarda doğulmamışdılar. Onlar bu dəhşətli Xocalı faciəsini, QARABAĞ yanğısını böyüklərdən, müəllimlərdən, kitablardan, filmlərdən iliklərinə qədər duymuşdular. Mən bunu hiss edirdim; dərs zamanı şagirdlərin izahatlarından, yaralanmış xəritəmizə intiqam dolu baxışlarından duyurdum. Və bu döyüş də daha 2 şagirdimi aldı məndən. İbrahimov Elşən və İskəndıərov Səbuhi timsalında daha neçə canlarımız ALLAH qatında şahadətə yüksəlmiş oldular...
Və bu müharibə çox çəkmədi, düz 44 gün. Amma bu 44 gündə nələr yaşandı nələr...
Bu 44 gündə erməni mənfurları yerlərində dinc yatan Gəncə, Tərtər, Bərdə sakinlərinin mülki vətəndaşların da top və raket atəşlərinə tutdular yenə neçə-neçə günahsız qanların qatili oldular. Çünki onlar yaxşı bilirdilər ki, artıq tükənmək və diz çökmək üzrə idilər. Bu 44 günün 8noyabr tarixində Ali Baş Komandanımızdan ən gözəl, illərdir xəyalını qurduğumuz möhtəşəm xəbəri eşitdik. Rəşadətli ordumuz əlbəyaxa döyüşlə düşmənə qan udduraraq qisasımızı almışdılar artıq, başı qəmli dumanlı, yaşıl koftalı qırmızı tumanlı gözəl Şuşamız azad olmuşdur. Bütün günü qüdrətli sərkərdənin sevinc dolu kövrək və qürurlu “əziz Şuşa sən azadsan”kəlməsini təkrarlayırdı 10 milyonluq Azərbaycan xalqı.
Və nəhayət Ali Baş Komandanımızın daha bir möhtəşəm addımı; 10.11.20 tarixində kapitulyasiya sənədinin imzalanması-sülh müqaviləsinin bağlanması, can Azırbaycanın gözəl bir sabaha oyanması, qələbə, zəfər, qalibiyyət möhürünün 3 rəngli bayrağımıza möhür vurulması, düşmənin məğlubiyyət damğasıyla ağ bayraq qaldırması. Zəfər bizə çox yaraşdı,həm də çoooox!!! Vücudlarının bir parçasını Qarabağda qoyub qayıdan qazilərimizə, şəhadət zirvəsinə yüksələn vətən nəğməsi dillərindən düşməyən şəhidlərimizə, şəhidlərimizin 3 rəngli bayrağımıza bürünmüş tabutlarını qucaqlayan canı yana-yana yenə də “Vətən sağ olsun “deyən analara, gəlinlərə, bacılara, qüruru dik, beli bükük atalara, hər dğyüşdə hər an şəhid olacağını bilə-bilə canını sipər edib, məğrurca döyüşüb, vətən qoxusuyla dönən igidlərimizə, arxa cəbhədə əlindən gələni əsirgəməyən Azırbaycan xalqına, səbirli və dözümlü millətimizə, Azərbaycanın gələcəyi üçün əlindən gələni nedərək onun müstəqilliyinin memarı olaraq, bütün dünyaya tanıdaraq “Qarabağ bizimdir”vəsiyyətini oğluna miras qoyan ulu öndər ruhuna, ata vəsiyyətini həyata keçirilməsinə nail olan əzəmətli, dəmir yumruq kimi 10 milyonluq ordusunu başına toplayıb, müharibənin ən ağır günlərində belə hər alınan torpaqların xoş sədalarını xüsusi sevinclə, düşmənə rişxənd mesajıyla od qoyaraq bizlərə çatdıran Ali Baş Komandanımız İlham Əliyev cənablarına çox yaraşdı, həm də lap çooox!!! Yaşasın Azərbaycan və 1 millət 2 dövlət dediyimiz Türkiyə!
Biz birlikdə güclüyük! Səfər bizim,zəfər Allahdandır!!!
Allah zəfərimizi daimi etsin inşaallah!!!

Bir zamanlar siz partadan, mən lövhədə
İzahatlar nəql edərkən xəritədə
Qarşınızda atlasınız dönə-dönə baxırdınız
O alınan torpaqlara...
Baxışlardan oxunurdu can atırsız intiqama
Can Elnurum, can Elşənim, can Səbuhim, heyf sizdən
Söz verirəm ölənədək sizi daim anasıyam
Torpaq sizi balam deyib öz qoynuna alan gündən
Mən də şəhid anasıyam, mən də şəhid anasıyam!!!
44 günün dastanında 4 rəngli bir göy qurşağı
Bu 4 rəngin ahəngində cənnət rəngi
İnsanlığın ölənədək minnət rəngi.
Düşməninə qan udduran zillət rəngi.
Mavisilə,nal qanıyla, yaşılıyla bürünın can
Qara rəngin sarğısıyla,
O 3 rəngin sarğısıyla əbədiyyən yaşayacan!
Sən ölmədin nə qədər ki,Vətən var,
Nə qədər ki,yaşayacaq Azərbaycan!
Bu 44 gündə erməni mənfurları yerlərində dinc yatan Gəncə, Tərtər, Bərdə sakinlərinin mülki vətəndaşların da top və raket atəşlərinə tutdular yenə neçə-neçə günahsız qanların qatili oldular. Çünki onlar yaxşı bilirdilər ki, artıq tükənmək və diz çökmək üzrə idilər. Bu 44 günün 8noyabr tarixində Ali Baş Komandanımızdan ən gözəl, illərdir xəyalını qurduğumuz möhtəşəm xəbəri eşitdik. Rəşadətli ordumuz əlbəyaxa döyüşlə düşmənə qan udduraraq qisasımızı almışdılar artıq, başı qəmli dumanlı, yaşıl koftalı qırmızı tumanlı gözəl Şuşamız azad olmuşdur. Bütün günü qüdrətli sərkərdənin sevinc dolu kövrək və qürurlu “əziz Şuşa sən azadsan”kəlməsini təkrarlayırdı 10 milyonluq Azərbaycan xalqı.
Şükür ki, bu günə, Şükür ilahi,
Yağı qəfəsindən qurtulan gündür.
Vüsalın pik həddi, vüsalın dəmi,
Şuşa həsrətinin talan günüdür!
Can verib, qan töküb, mərd igidlər,
Öcünü düşməndən alan günüdür.
Şuşa qalasından ağır daşları
Düşmənin başına salan gündür.
Böyük qürur ilə Cıdır düzündə
Tankların düşmını çapan günüdür.
Əsil fəxarətlə əsgərlərinin
Bayrağı Şuşaya sancan gündür.
Fırtına içində, təşviş içində
Düşmən gəmisinin batan günüdür.
Sevimli sərkərdə, Baş Komandanın
Canı-cananına qatan günüdür.
Bu gün həmin gündür, bu gün o gündür,
Sevincin birə-min artan günüdür.
Şəhid ruhlarının vətən qoynunda
İlk dəfə şad-xürrəm yatan günüdür!
Və nəhayət Ali Baş Komandanımızın daha bir möhtəşəm addımı; 10.11.20 tarixində kapitulyasiya sənədinin imzalanması-sülh müqaviləsinin bağlanması, can Azırbaycanın gözəl bir sabaha oyanması, qələbə, zəfər, qalibiyyət möhürünün 3 rəngli bayrağımıza möhür vurulması, düşmənin məğlubiyyət damğasıyla ağ bayraq qaldırması. Zəfər bizə çox yaraşdı,həm də çoooox!!! Vücudlarının bir parçasını Qarabağda qoyub qayıdan qazilərimizə, şəhadət zirvəsinə yüksələn vətən nəğməsi dillərindən düşməyən şəhidlərimizə, şəhidlərimizin 3 rəngli bayrağımıza bürünmüş tabutlarını qucaqlayan canı yana-yana yenə də “Vətən sağ olsun “deyən analara, gəlinlərə, bacılara, qüruru dik, beli bükük atalara, hər dğyüşdə hər an şəhid olacağını bilə-bilə canını sipər edib, məğrurca döyüşüb, vətən qoxusuyla dönən igidlərimizə, arxa cəbhədə əlindən gələni əsirgəməyən Azırbaycan xalqına, səbirli və dözümlü millətimizə, Azərbaycanın gələcəyi üçün əlindən gələni nedərək onun müstəqilliyinin memarı olaraq, bütün dünyaya tanıdaraq “Qarabağ bizimdir”vəsiyyətini oğluna miras qoyan ulu öndər ruhuna, ata vəsiyyətini həyata keçirilməsinə nail olan əzəmətli, dəmir yumruq kimi 10 milyonluq ordusunu başına toplayıb, müharibənin ən ağır günlərində belə hər alınan torpaqların xoş sədalarını xüsusi sevinclə, düşmənə rişxənd mesajıyla od qoyaraq bizlərə çatdıran Ali Baş Komandanımız İlham Əliyev cənablarına çox yaraşdı, həm də lap çooox!!! Yaşasın Azərbaycan və 1 millət 2 dövlət dediyimiz Türkiyə!
Biz birlikdə güclüyük! Səfər bizim,zəfər Allahdandır!!!
Allah zəfərimizi daimi etsin inşaallah!!!
Nə gözəl xəbərlə açıldı sabah,
Daha möhtəşəmdir bayraq ədası.
Yenə ədalətin göstərdi Allah,
Yayıldı cahana zəfər sədası.
Bu gün yağışsız da islandı Vətən,
Sevinc yaşlarıyla islandı torpaq.
Yerdə şəhidlərin geydiyi kəfən,
Səmaya çevrildi göylərdə bayraq.
O gündən bu günə 30 il sonra,
Gülürdü məzarda şəhid baxışı.
Bu gün məlhəm oldu bu son bahara,
Ana duasiyla ana alqışı.
Canını düşmənə edərək sipər,
Qələbə qatırdı hər bir gününə.
Hər qarış torpaqçün sürünən əsgər,
Vətən qoxusuyla döndü evinə.
Qaldır sən başını ,qaldır Xocalı!
Qoynunda yatanlar bir azca gülsün.
Bilirəm ürəyin hələ yaralı,
Haqqıdır bu millət bu gün öyünsün
Qarabağ başından qaranı açdıq,
3 rəngli örpəyin olsun əmanət.
Biz mərdcə can verdik,mərdcə savaşdıq,
Düşmənə ağ bayraq yaraşdı əlbət!
Məmmədova İradə Rüstəm qızı
Şəki şəhər 11nömrəli tam orta məktəbin Coğrafiy müəllimi