"44 günlük Vətən savaşının qürurlu anları" - "Ancaq irəli"
18-12-2020, 09:00
2 697

"44 günlük Vətən savaşının qürurlu anları" - "Ancaq irəli"

TehsilXeber.com təhsil Portalı və Təhsil Forumu - 2020 Facebook qrupu "44 günlük Vətən savaşının qürurlu anları"  rubrikası çərçivəsində növbəti məqaləni təqdim edir:

Yol boyu əlacsız insanların imdad diləyən baxışları, heçnədən xəbəri olmayan kiçik yaşlı uşaqların haray dolu səsləri, sanki indiyənə kimi sakinlərini görməyib indi qoynundan boşlamaq istəməyən Ağdam torpağı.
     17 yaşlı gözü nəmli qız. Bu yay çalınmışdı son zəngi. Həyatının ən gözəl çağında, Vətəninə vətəndaş kimi sahiblənəcəyi bir vaxtda torpağı ermənilər tərəfindən işğal olunur. Maşının arxa şüşəsindən geridə qoyduğu Ata Yurduna elə diqqətlə baxırdıki. Düşünürdü:"Görəsən son gedişdi Vətəndən?" Həmin gündən 27 il ötüb. O gözü yaşlı qız isə mənəm.. 27 il sonra.. Sentyabrın 27-dən başlayıb, noyabrın 9 - na kimi davam edən qanlı, amma şərəfli döyüş.
      Bu 44 gündə hər anımız təşviş, kədər, sevinc, matəm. Şəhid matəmi altında daxili gücümüzü bir an itirmədik. O gücü ki, Ali Baş Komandanımızdan alırdıq. Hər çıxışında yumruğunu sıxaraq "Ancaq irəli"əmrini o qədər coşqu ilə səsləndirirdi ki, Qələbəyə inanmamaq mümkün deyildi. Və sonunda ZƏFƏR çaldıq. Möhtəşəm qisasımızı aldıq döyüş meydanında. Tarixi torpaqlarımız uğrunda canlarından keçən Şəhidlərimiz bu 44 günün ən yenilməz qəhrəmanlarıdır.
     44 günlük döyüş tarixi qələbəyə çevrildi. Tanıtdı bütün dünyaya Türk Ordusunu. QARABAĞ AZƏRBAYCANDIR!!! Mən Ağdama gedəcəyim, dizlərimi 27 il bundan öncə bir gecə olsun ayrılmadığım torpağıma söykəyib yurdumdan halallıq alacağım günü gözləyirəm. Bəlkə urək yanğım o zaman sönə.


Həsənova Jalə
Ağdamın son məzunu - Yevlax şəhər M. Ə. Sabir adına 2 saylı tam orta məktəbin İbtidai sinif müəllimi

Oxşar xəbərlər