"44 günlük Vətən savaşının qürurlu anları" - "Neçə-neçə qəhrəman oğulların məskənidir Azərbaycan"
18-12-2020, 08:59
165 097

"44 günlük Vətən savaşının qürurlu anları" - "Neçə-neçə qəhrəman oğulların məskənidir Azərbaycan"

TehsilXeber.com təhsil Portalı və Təhsil Forumu - 2020 Facebook qrupu "44 günlük Vətən savaşının qürurlu anları"  rubrikası çərçivəsində növbəti məqaləni təqdim edir:

 

            Ermənistanın Azərbaycana elan olunmamış müharibəsi zamanı əli yalın xalqımızın mübarizəsi, lakin itirilməklə işğal olunan torpaqlarımız hamıya məlum idi. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı heç vaxt öz ata-baba yurdunu unutmadı. Azərbaycan müəllimi işğal olunmuş torpaqların o qanlı, qaralı səhifəsini hər dərs gənc nəsilə, şagirdlərə çatdırdı, yorulmadı, usanmadı bir gen işğaldan azad olunması ümidilə, bu 28 ildə gənc nəsilin yaddaşına əbədi hopdurdu. Azərbaucan elə bir işıqdır ki, onun nurundan hər qonşu, hər kəs faydalanmaq istiyir, Azərbaycan elə bir alovdur ki, onun istisindən ocağını yandırmaq istəyənlər çoxalır, Azərbaycan elə bir diyardır ki, ona hər kəs Vətən demək istəyir. Azərbaycanın dövlət başçısına inamı, ümidi sonsuz idi, bu xalq 30 illik həsrətə son qoyulacağını bilirdi və o gün 27 sentyabr 2020-ci il tarixində gərçəkləşdi, Ulu Öndər Heydər Əliyevin özündən sonra bizə rəhbər qoyduğu oğlu şanlı tariximizə qızıl hərflərlə yazdı, yeni tarix, yeni yarasız bütöv Azərbaycan tarixi yazıldı. 27 sentyabrdan sonra xalq da, qonşu dövlətlərdə və bütün dünya da nələrə şahid oldu İlahi?

            Azərbaycanın güclü və yenilməz ordusu, mərd oğulları, vətən eşqilə, torpaq eşqilə yanan övladıarı böyüklü, kiçikli hamılıqla xalq bir oldu. Xalqın bu birliyi həmişə olmuşdur. Lakin bu dəfə xalqın birliyi öz ali baş komandanın güclü siyasəti ilə daha sıx birləşib “ Dəmir Yumruq” olmuşdu. Hər gün hamılıqla televizorun qarşısında cənab ali baş komandanın dünyadan gələn jurnalistlərə necə müdrük cavab verməsi, xalqının müdafiyəsi, xalqını hər şeydən uca tutması xalqı riqqətə gətirir, ona olan inamı daha da artırdı. Demək olar ki, hər evdən döyüşdə iştirak edən qəhrəman oğullarımız var idi. Azərbaycan anaları elə ismətli, elə mərd, elə ləyaqətli qadınlardır ki, onların qarşısında dərin hörmətlə əyilir, onlara var olsun deyirik. Çox ölkənin oğulları əlinə silah ala bilər, lakin o milli ruh, qeyrət, vətənə sadiqlik, vətən eşqi Azərbaycan, Türk oğlundadır. Meydana atılmaq şərt deyil, meydana necə atılmaq şərtdir. Mənfur düşməni bu 44 gün ərzində siyasi, döyüş, internet və media meydanında elə zərbələrlə susdurduq ki, çətin özünə gəlsin. Onların bütün mifalogiyasını Azərbayca ordusu, cənab ali baş komandanı və ingilis dili müəllimləri, tələbələri darmadağın etdi, faktlarla, subutlarla, çünki bizim düşmənimiz mədəni Alman xalqı deyil, vəhşi erməni tayfası idi. Erməni anaları bu gün oğullarını onların olmayan torpaqlar üçün ölümə göndərirsə, onların olmyanlar üçün özlərinə əl qatıblarsa bu anaların yetişdirdiyi övladlar əlbətdə vəhşidir və bəşəriyyətə bir ləkədir. Bütün bunlara baxmayaraq Azərbaycan qalib ölkədir, şəhidlərimiz, ordumuz, xalqımızın birliyi və Cənab Prezidentimizin güclü siyasəti nəticəsindəqalibdir Azərbaycan.

            Əsirlərdir qonaqpərvərliyi, humanistliyi, igidliyi, ləyaqəti ilə seçilib Azərbaycan xalqı. Bu xalq ona dost olanı və ona düşman olanı əsla unutmur. Xocalını, 20 yanvarı, 44 günlük Vətən müharibəsini bu xalqm ürəyinə yazır, qanyaddaşına yazır. Uğrunda nə canlar getdi Xarı Bülbülüm, sən də o canlara müqəddəs rəmz oldun, onlar səni necə sevdisə sən də onları bağrına basdın, onlar sənə sən onlara nəfəs oldun. Hal-hazırda qalib ölkənin müəlliməsi kimi yazdığım bu məqaləni necə fəxrlə yazıram bütün dünya görsün. Azərbaycan ordusu, xalqı, Prezidenti kimi bir bir varlıq var bu gün dünyada. İşğaldan azad olunmuş o torpaqlar bizim gedişimizlə nəfəs alacaq, canlanacaq, seviləcək, bar verəcək, çoxalacaq, ümid olacaq, işıq olacaq, nur olacaq ancaq. Bayrağı dalğalansın, ucalsın deyə canından keçən xalqdır Azərbaycan xalqı. İlham Əliyevdir, Polad Həşimovdur, Mübariz İbrahimovdur və neçə-neçə qəhrəman oğulların məskənidir Azərbaycan.

            Tarixdən söz açılanda, tarix danışanda, tarix ortaya çıxanda özü ilə qurur düyan xalqıdır, alnı açıq, üzü ağdır Azərbaycan. Ziyalıları, pedaqoqları, söz sahibləri elə bir tarix qoyub gedib ki, Azərbaycana onların hamısına təşəkkür edirik. Bu gün cənab ali baş komandanın, bütöv Azərbaycan xalqının, qardaş dövləti Türkiyənin yanında olacaq və “Dəmir Yumruq” kimi birləşmək böyük bir şərəfdir. Qələbən, şərəfin, azadlığın mübarək ana Vətən, yaralı döyünən ürəyinin yarasını sağaldıb sevəcəyik səni Vətən. Oğulların, şəhidlərin, qazilərin bizə müqəddəsdir Vətən. Bundan sonra çiçəklərin gur açacaq, uşaqların nur saçacaq sənin Vətən!

            Bəli mən fəxr edirəm ki, azərbaycanlıyam.           


Əmrahova Husniyə Elxan qızı

Salyan şəhəri Uşaq Gənclər İnkişaf Mərkəzi  İngilis dili müəllimi            

Oxşar xəbərlər